Icma.az
close
up
RU
Yerli istehsalçılar öz məhsullarını sərfəli qiymətə sata bilmir və bazarda mövqelərini qorumaqda çətinlik çəkirlər

Yerli istehsalçılar öz məhsullarını sərfəli qiymətə sata bilmir və bazarda mövqelərini qorumaqda çətinlik çəkirlər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ötən il Azərbaycan Gürcüstandan 178 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib. Azərbaycan qonşu ölkədə istehsl olunan məhsulların tədarükünü illik müqayisədə 26,1% artırıb. Gürcüstanın ümumi ixracı 7,29 milyard dollar olub və illik müqayisədə 11,2% çoxalıb. Azərbaycan Gürcüstanın ixracında 5,3% payla ilk onluqda VI yeri tutub. Ən çox ixrac olunan məhsullar sırasında qiymətli metal filizləri, üzüm şərabı, spirtli içkilər, ferroərintilər, qoz-fındıq, mineral sular, şəkərli içkilər, gübrələr, qızıl və mis filizləri yer alıb.Gürcüstandan idxal olunan kənd təsərrüfatı məhsulları Azərbaycanın yerli istehsalçılarına necə təsir göstərir?Azərbaycan istehlakçıları Gürcüstan məhsullarına daha çox maraq göstərirmi, yoxsa yerli məhsullara üstünlük verir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Gürcüstanda suvarma sistemini qurublar deyə kəndlilər su axtarışında olmurlar: “Azərbaycan biznesində rəqabətqabiliyyətli məhsul istehsalı kifayət qədər zəifdir. Bunun əsas səbəbi istehsal olunan məhsulların baha başa gəlməsidir. Bu vəziyyət bir sıra problemlərlə bağlıdır: məhsuldarlığın aşağı olması, istehsal vasitələrinin davamlı təmin edilməməsi və xüsusilə suvarma suyu çatışmazlığı. Azərbaycanda suvarma suyu problemi çox ciddi xarakter daşıyır və bu, bitkiçilik məhsullarının məhsuldarlığının artmasına imkan vermir. Suvarma suyunun olmaması kəndlilərin məhsuldarlığı artırmasına mane olur, nəticədə istehsal edilən məhsullar rəqabətqabiliyyətli olmur.

Gürcüstanda isə vəziyyət fərqlidir. Onlar suvarma sistemini elə qurublar ki, kəndlilər su axtarışında olmurlar. Bundan əlavə, özləri gübrə istehsal edir, bu gübrə ucuz başa gəlir və fermerlər ondan istifadə etdikdə yüksək nəticə əldə edirlər. Nəticədə məhsulun maya dəyəri aşağı olur və bazarda rəqabət üstünlüyü qazanırlar. Gürcüstan Azərbaycana kartof, hətta pomidor, qoz-fındıq, həmçinin ət və diri heyvan ixrac edir. Bu isə Azərbaycan istehsalçıları üçün ciddi problem yaradır. Onların istehsal etdiyi məhsul baha başa gəldiyi halda, ölkəyə daha ucuz məhsul idxal olunur. Nəticədə yerli istehsalçılar öz məhsullarını sərfəli qiymətə sata bilmir və bazarda mövqelərini qorumaqda çətinlik çəkirlər”.

Vahid Məhərrəmov

“Gürcüstan şərab istehsal edir və onların istehsal etdiyi şərab Azərbaycan şərabından 50% bahadır. Buna baxmayaraq, Gürcüstan şərabına üstünlük verilir, çünki keyfiyyəti daha yüksəkdir. Azərbaycanda isə belə münbit şərait mövcud deyil. Əsas səbəblərdən biri ölkədə sağlam biznes mühitinin olmamasıdır. Azərbaycanda bizneslə məşğul olanların normal fəaliyyət göstərə bilməsi üçün yüksək vəzifəli məmurlarla əlaqələri olmalıdır. Bu əlaqə olmadıqda, xüsusən orta biznes sahiblərinin fəaliyyətinə imkan verilmir.

Bu problemlər fermerlərin işini xeyli çətinləşdirir. Nəticədə onlar rəqabətqabiliyyətli məhsul istehsal edə bilmirlər. Apardığımız araşdırmalar göstərir ki, Gürcüstandan yeyinti məhsullarının idxalı getdikcə artır. Ən çox xırdabuynuzlu heyvanlar idxal olunur və bu, Azərbaycanda heyvandarlığın zəifləməsinə səbəb olur. Çünki yerli istehsal olunan ət baha başa gəlir, şərait yaradılmadığı üçün maya dəyəri yüksək olur. Digər tərəfdən, bəzi şəxslər Gürcüstandan heyvanları ucuz qiymətə idxal edir, sonra isə onları 2-2,5 dəfə baha qiymətə satırlar. Bu şəxslərin yüksək vəzifəli məmurlar olması daxili istehsala əlavə problemlər yaradır.

Beləliklə, qonşu ölkənin kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətli olması Azərbaycan fermerləri üçün ciddi çətinliklər yaradır. Əsas problem isə onların rəqabətqabiliyyətli məhsul istehsal etməməsi deyil, ölkədə biznes şəraitinin olmamasıdır. Su, gübrə, pestisidlər baha başa gəlir və bu da məhsuldarlığa birbaşa təsir göstərir”-deyə ekspert qeyd edib.

Vahid Məhərrəmov vurğulayıb ki, bizdə istehsalçıların öz bizneslərini müəyyən mərhələyə qədər qurub qazanc əldə etmələrinin səbəbi mövcud mühitin onları sıxması ilə bağlıdır: “Əgər maraq olmasa, Gürcüstandan Azərbaycana məhsul idxal edilməz. Biz də pendir istehsal edirik, onlar da. Lakin istehlakçılar daha çox Gürcüstan pendirinə üstünlük verirlər. Bu da göstərir ki, Gürcüstanda pendir istehsalı qaydasına salınıb, keyfiyyətə ciddi önəm verilir və onlar öz brendlərini həm Azərbaycanda, həm də digər bazarlarda tanıda biliblər. Gürcüstanın istehsal etdiyi mineral sular və şəkərli içkilər də istehlakçıların məmnuniyyətini qazanır. Bu, Azərbaycan istehsalçıları üçün nümunə ola bilər.

Bizim istehsalçılar isə bizneslərini elə qururlar ki, müəyyən mərhələdə az miqdarda qazanc əldə etsinlər. Bu da mövcud mühitin onları sıxması ilə bağlıdır. Halbuki istehsalçılar yüksək səviyyəli, keyfiyyətli məhsul istehsal etməyə və bizneslərini dayanıqlı, davamlı etməyə çalışırlar. Onların da məqsədi davamlı gəlir əldə etməkdir. Amma bunun üçün risk etmirlər. Çünki Azərbaycandakı mühit sahibkarlarda sabaha güvən hissi yaratmır.

Xüsusən sahibkarlar daha çox vəsait yatırmaq, müasir avadanlıqlar gətirmək və keyfiyyətli məhsul istehsal etmək istəyirlər. Lakin bunu yalnız o halda edəcəklər ki, əmin olsunlar: sabah onların biznesi kimlərinsə əlinə keçirilməyəcək. Burada məsələ azərbaycanlıların tənbəlliyi və ya bacarıqsızlığı deyil. Əsas problem onların inamsızlığıdır. Bu inamsızlıq isə mövcud idarəetmə strukturu ilə bağlıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri