Icma.az
close
up
RU
Apple Music dən mahnı dinləyənlər üçün yeni dövr başlayır

Apple Music dən mahnı dinləyənlər üçün yeni dövr başlayır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Spotify”ın ardından “Apple” da “Apple Music” tətbiqində süni intellektin köməyi ilə hazırlanmış musiqilərə “Made With AI” etiketinin əlavə ediləcəyini açıqlayıb. Süni intellekt etiketi ilin sonlarına doğru istifadəyə veriləcək.
Demokrat.az
xəbər verir ki, “Apple Music” ilin sonlarına doğru süni intellektlə hazırlanmış mahnılar üçün “Made With AI” etiketini təqdim etməyə hazırlaşır. Etiketlər səsyazma şirkətləri və musiqi distribütorları tərəfindən təqdim edilən süni intellekt şəffaflığı məlumatlarına əsaslanacaq. Bununla dinləyicilər dinlədikləri musiqinin hazırlanmasında süni intellektin əhəmiyyətli rol oynayıb-oynamadığını daha asan müəyyən edə biləcəklər.
“Apple Music” mart ayında artıq süni intellekt şəffaflığı ilə bağlı məlumatlandırma sistemi təqdim etmişdi. Həmin sistem səsyazma şirkətləri və distribütorların yüklədikləri məzmunun əhəmiyyətli hissəsinin süni intellektdən istifadə edilməklə hazırlandığını bildirməsi üçün nəzərdə tutulmuşdu. Yeni dəyişiklik isə bu məlumatı “Apple Music”dəki etiketlər vasitəsilə birbaşa dinləyicilərə göstərməyə imkan verəcək.
“Apple Music”in tələbinə əsasən, məzmun yaradıcıları mahnının əhəmiyyətli hissəsini hazırlamaq üçün süni intellektdən istifadə etdikdə bunu müvafiq etiketlə qeyd etməli olacaqlar. Bu qayda, əsasən, generativ süni intellekt xidmətlərindən istifadə edilməklə hazırlanmış mahnılara da şamil ediləcək.
“Apple” bu tələbin necə tətbiq ediləcəyinə dair bütün detalları açıqlamayıb. Dinləyicilərin etiketləri görməyə başlayacağı dəqiq tarix də bildirilməyib. Şirkət yalnız funksiyanın bu ilin sonlarına doğru istifadəyə veriləcəyini qeyd edib.
Bu addım musiqi sənayesində süni intellektlə yaradılan məzmunun artması və saxta dinlənmə ehtimalı ilə bağlı narahatlıqların gücləndiyi bir dövrə təsadüf edir.
“Apple Music”in açıqladığı rəqəmlər də bu tendensiyanın sürətlə böyüdüyünü göstərir. “Apple Music”in rəhbəri Oliver Şusser daha əvvəl aylıq yeni yükləmələrin üçdə birindən çoxunun süni intellektlə yaradılmış mahnılardan ibarət olduğunu, lakin bu mahnıların real dinlənmələrin 1 faizindən azını təşkil etdiyini bildirmişdi.
Süni intellektlə hazırlanmış musiqilərin artımını tənzimləməyə çalışan yeganə böyük yayım platforması “Apple Music” deyil. “Spotify” da qısa müddət əvvəl süni intellektlə yaradılmış personajları təmsil edən ifaçı profilləri üçün “AI Persona” nişanını təqdim edib. Bu nişan ifaçı profillərində, axtarış nəticələrində və mahnı siyahılarında göstərilir. Məqsəd dinləyicilərə profilin arxasındakı ifaçının real insan olmaya biləcəyi barədə məlumat verməkdir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Avqust 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri