Vüqar Gülməmmədov: Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda məqsədli büdcə fondlarının ləğvindən sonra ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir.
525.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qəbul edilmiş hüquq aktlarına əsasən məqsədli büdcə fondları, o cümlədən dövlət büdcəsindəki ekoloji fondlar ləğv edilir. Məqsədli büdcə fondlarının ləğvi dövlət vəsaitlərinin vahid büdcə çərçivəsində daha çevik idarə olunmasına və prioritetlər üzrə bölüşdürülməsinə imkan yaratsa da, əvvəlki fondların gəlir mənbələri ilə xərc istiqamətləri arasında əlaqənin müvafiq sahələr üzrə vəsait təminatının davamlılığını və onların istifadəsinə nəzarətin təmin olunması zəruri məsələlerdəndir. Hesab edirik ki, bu istiqamətdə gəlirlərin səfərbər edilməsi üzrə təşəbbüskarlığın artırılmasına da zərurət mövcuddur", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, ekoloji qurumların əsas funksiyası yığım toplamaq yox, ekoloji nəzarət olmalıdır: "Yığım məsələsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək inzibatçılığı, bu qurumla inteqrasiya vacibdir. Sonradan həmin vəsaitlərin proqram çərçivəsində ekoloji risk, təsir, bərpa prioritetləri üzrə bölüşdürülməsi və səmərəli xərclənməsi mümkündür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















