“Apple” şirkətinin ilk qatlanan “iPhone” modelinin dizaynı və qiyməti məlum olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 sentyabr, AZƏRTAC
ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti tərəfindən hazırlanan ilk qatlanan “iPhone” modelinin dizayn xüsusiyyətləri və təxmini qiyməti məlum olub.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə insayder Mark Qurmanın məlumatına istinad edib. Məlumata görə, yeni cihaz “iPhone Air” modelinə bənzəyəcək və “ultranazik dizayn nailiyyəti” kimi təqdim olunacaq. Qatlanan “iPhone” iki “iPhone Air” modelinin birləşdirilmiş forması şəklində görünəcək.
Qeyd edək ki, titan korpusa malik olan “iPhone Air” smartfonunun qalınlığı cəmi 5,6 millimetrdir. Bu model yeni qatlanan smartfonun dizaynında əsas baza kimi götürüləcək. Yeni cihazın bazar qiymətinin azı 2 min dollar olacağı gözlənilir. Cihazda istifadə olunacaq qabaqcıl texnologiya sayəsində ekranın qatlanan hissəsindəki izlər minimuma endiriləcək.
İlkin məlumata əsasən, “Apple” şirkəti qatlanan “iPhone” modelini 2026-cı ilin payızında təqdim etməyi planlaşdırır. Cihazın istehsalı ənənəvi olaraq Çinin “Foxconn” zavodlarında həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















