Icma.az
close
up
RU
Apple yaxın zamanda 7 məhsulunu satışdan çıxaracaq (SİYAHI)

Apple yaxın zamanda 7 məhsulunu satışdan çıxaracaq (SİYAHI)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq 9 sentyabrda "Apple" payız təqdimatını keçirəcək və burada "iPhone 17" modelləri ilə yanaşı digər məhsullarını da elan edəcək. 

Qaynarinfo xəbər verir ki, "9to5Mac" jurnalistləri tədbirdən dərhal sonra satışdan çıxarılacaq cihazların siyahısını açıqlayıblar.

Siyahıda kifayət qədər yeni qurğular da var. Məsələn, "iPhone 16 Pro" və "iPhone 16 Pro Max". Qiymətlərini endirmək əvəzinə bu modellər rəsmi olaraq satışdan tamamilə çıxarılacaq. Onların yerini "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" tutacaq.

Bundan başqa, "Apple" satışdan "iPhone 15" və "iPhone 15 Plus" modellərini də yığışdıracaq. Bir çox ekspertlər 2023-cü ilin bazalı modelini markanın "qiymət/keyfiyyət” nisbəti baxımından ən optimal smartfonu hesab edirlər. Hazırda "Apple" rəsmi saytında "iPhone 15" 599 dollara satılır.

Yeni "iPhone" xətti isə böyük ehtimalla belə formalaşacaq:

* iPhone 16e – 599 dollar

* iPhone 16 – 699 dollar

* iPhone 16 Plus – 799 dollar

* iPhone 17 – 799 dollar

* iPhone 17 Air – 949 dollar

* iPhone 17 Pro – 1049 dollar

* iPhone 17 Pro Max – 1199 dollar

Bununla yanaşı, istehsaldan çıxarılacaq digər qurğuların da adı çəkilir: "Apple Watch Series 10", "Apple Watch Ultra 2" və "AirPods Pro 2".

İnsayderlərə görə, bu ilin əsas yeniliyi "iPhone 17 Air" olacaq. Bu model populyar olmayan "Plus" seriyasını əvəzləyəcək və rekord dərəcədə nazik korpusa sahib olacaq. Mənbələrə görə qalınlıq cəmi 5,5 mm təşkil edəcək – bu göstərici "iPhone" tarixində indiyədək müşahidə edilməyib.

Payız təqdimatında həmçinin "Apple Watch" seriyasının böyük yenilənməsi də gözlənilir. Baza modelə qan təzyiqi monitorinqi funksiyası əlavə ediləcək, "Watch Ultra" iki illik fasilədən sonra geri qayıdacaq, "Watch SE 3" isə daha sərfəli qiymətlə təqdim olunacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri