ABŞ ərəb ölkələrini tərk edib İsrailə köçür? Sensasion hərbi təklif
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə endirdiyi zərbələr Vaşinqtonun müdafiə strategiyasındakı zəiflikləri üzə çıxarıb. Bu fonda amerikalı analitik ABŞ-ın Fars körfəzi ölkələrindəki bəzi hərbi bazalarını bağlayaraq İsraildə böyük daimi hərbi baza yaratmasını təklif edib.
Moderator.az "JNS" nəşrinə istinadən xəbər verir ki, bu təkliflə amerikalı analitik Mitçell Bard çıxış edib. Onun fikrincə, İranla qarşıdurma ABŞ-ın həm hərbi imkanlarına, həm də regional müttəfiqlərinin etibarlılığına yenidən baxmasını zəruri edib.
Bard hesab edir ki, ABŞ prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatlarına baxmayaraq, Tehran hakimiyyəti ölkə üzərində nəzarəti və Amerika hərbi hədəflərinə zərbə endirmək imkanlarını qoruyub saxlayıb. İranın hücumları nəticəsində Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi obyektlərinə ziyan dəyib, hərbçilər arasında ölən və yaralananlar olub.
Analitik xüsusilə Amerika ordusunun raketdən müdafiə ehtiyatlarının sürətlə azalmasından narahatdır. Onun istinad etdiyi hesablamalara görə, qarşıdurma zamanı ABŞ THAAD tutucu raketlərinin təxminən 80 faizini, Patriot raketlərinin isə yarısını istifadə edib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatlarına əsasən, ABŞ-ın ehtiyatında 278-dən az THAAD və 827 Patriot tutucu raketi qalıb.
Bardın fikrincə, bu vəziyyət ABŞ-ın uzunmüddətli müharibə aparmaq imkanlarını məhdudlaşdıra bilər. O xəbərdarlıq edir ki, Rusiya, Çin və Şimali Koreya da İranla qarşıdurmanın nəticələrini diqqətlə izləyir və Amerikanın hərbi bazalarının zəif tərəflərindən gələcəkdə istifadə etməyə çalışa bilərlər.
Analitik Fars körfəzi ölkələrinin davranışını da Vaşinqton üçün ciddi problem hesab edir. Onun sözlərinə görə, ABŞ uzun illər ərəb dövlətlərinin təhlükəsizliyinə milyardlarla dollar vəsait xərcləsə də, İranla qarşıdurma zamanı həmin ölkələrin əksəriyyəti hərbi əməliyyatlarda iştirak etməkdən çəkinib.
Bu səbəbdən Bard ABŞ-ın regiondakı hərbi strategiyasını dəyişməsini və İsraili əsas hərbi tərəfdaşa çevirməsini təklif edir. O hesab edir ki, İsrail ordusunun döyüş təcrübəsi, kəşfiyyat imkanları və İranla qarşıdurmadakı mövqeyi onu Amerika qüvvələrinin yerləşdirilməsi üçün daha etibarlı tərəfdaşa çevirə bilər.
Təklifə əsasən, Vaşinqton Fars körfəzindəki bəzi hərbi obyektlərini mərhələli şəkildə bağlamalı, əvəzində İsraildə böyük və daimi ABŞ hərbi bazası yaratmalıdır. Bard həmçinin İsrailə ayrılan hərbi vəsaitin bir hissəsinin xarici yardım deyil, ABŞ-ın milli təhlükəsizliyinə investisiya kimi qiymətləndirilməsini və maliyyələşmənin Pentaqon büdcəsi vasitəsilə artırılmasını istəyir.
Bununla belə, sözügedən təklif hələlik yalnız analitikin şəxsi təşəbbüsüdür. ABŞ administrasiyasının Fars körfəzindəki bazaları bağlamaq və İsraildə daimi hərbi baza yaratmaqla bağlı rəsmi qərarı yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















