Aprel döyüşləri İkinci Qarabağ zəfərinə gedən yolda ən uğurlu taktika olaraq tarixə düşüb
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şanlı Zəfərə gedən yolun başlanğıcı olan Aprel döyüşlərindən 9 il keçir.
Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Aprel döyüşləri Azərbaycanın siyasi və hərbi tarixinə özünəməxsus qızıl hərflərlə düşüb:
"Düzdür, həmin hərbi əməliyyatlarda Azərbaycan 100-ə yaxın şəhid verdi və Azərbaycan ordusunun yetişmiş zabitləri döyüşlər zamanı şəhid oldu. Amma bununla bərabər, Azərbaycan yetişdirdiyi hərbi yolu çox uğurla davam etdirdi. Hesab edirəm ki, İkinci Qarabağ savaşının bir növ məşqi hesab olunur. Azərbaycanın İkinci Qarabağ zəfərinə gedən yolda ən uğurlu taktika olaraq tarixə düşüb. Azərbaycan ərazilərinin necə azad edəcəyini bir növ bununla məşq etmiş oldu".
Politoloq qeyd etdi ki, döyüşlərdə xalqımız, dövlətimiz vətənimiz üçün canından keçən şəhidlərimiz unudulmur.
"Amma bir növ xalqın 25 il keçsə də, dirənişinin ortaya qoyulduğu göstərildi. Prezidentimiz ordunun inkişafı üçün bir çox tədbirləri də davamlı formada həyata keçirib. Qazanılan zəfər bizi bu günkü Azərbaycana gətirdi", - deyə S.Hümbətov vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 02 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















