Icma.az
close
up
RU
Aprel döyüşləri nin dərslərinə bir də nəzər salmaq vacibdir Əli Məsimli

Aprel döyüşləri nin dərslərinə bir də nəzər salmaq vacibdir Əli Məsimli

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dördgünlük müharibə" göstərdi ki, həm dünyada vəziyyət, həm də yaşadığımız regionda güc balansı dəyişib


Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür



Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

 Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən çoxu isə yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.


Millət vəkili Əli Məsimli "Sherg.az"a deyib ki, hazırda dünyada yaşanan təlatümlər təkqütblü dünya düzənindən çoxluqütlü dünya düzəninə keçid adlandırılsa da, əslində, dünya təhlükələrini proqnozlaşdırmaq mümkün olmayan xaos içindədir. Deputatın sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonra erməni havadarları tərəfindən Azərbaycana qarşı təzyiqlərin güclənməsi, təxribatların artan xətlə getməsi göstərir ki, Azərbaycanın haqq-ədalətin bərpasını təmin edən qələbəsindən yetərincə nəticə çıxarılmayıb:



 "Belə bir vaxtda "Aprel döyüşləri"nin dərslərinə bir də nəzər salmaq çox vacibdir. "Dördgünlük müharibə" hərb meydanında əldə edilən çox zəruri bir qələbə olmaqla yanaşı, həm də Azərbaycana qarşı tətbiq edilən “hibrid müharibə”nin bütün müstəvilərində qələbəmizə möhkəm zəmin yaradan, xalqımızın milli ruhunun, iradəsinin, qətiyyətinin gücünü, birliyini və ordumuzun qüdrətini nümayiş etditən möhtəşəm bir qələbə oldu. "Dördgünlük müharibə" çox vacib bir faktı ortaya qoydu. Göstərdi ki, həm dünyada vəziyyət, həm də yaşadığımız regionda güc balansı dəyişib. Azərbaycan təkcə iqtisadi və demoqrafik deyil, həm də hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Ermənistana çox ciddi siqnal və mesaj oldu ki, havadarlarının güc və dəstəyinə arxalanaraq işğalçılıq yolunu davam etdirsə, arxasında kimin durmasından asılı olmayaraq, Ermənistan Azərbaycanın gücünün qarşısında duruş gətirə bilməyəcək. Bu kontekstdə aprel döyüşləri Ermənistanın başına gələ biləcək ən pis ssenariləri də ortaya qoydu. Havadarlarının vədlərinə güvənib qonşusunun varlığına son qoymaq mərəzinin məntiqi sonu öz varlığını təhlükə altına atmaqdır. "Dördgünlük müharibə" 2016-cı ilin 2 aprelindən 2020-ci ilin 8 noyabrına - Qarabağın azadlığına gedən yolda 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı, təməl daşı oldu. "Aprel döyüşləri" bütün dünyaya göstərdi ki, 30 il düşmən tapdağında qalan torpqlarımızın azad olunmasına gedən yol və zaman o qədər də uzaqda deyil. Həmin mesajlar özünü doğruldub. 2016-cı ilin "Aprel döyüşləri"ndə əldə edilən böyük hərbi uğurun və “hibrid müharibə”nin digər müstəvilərindəki uğurlarımızın məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində Qarabağ düşmən işğalından azad edildi". 


Parlament üzvü vurğulayıb ki, zaman keçdikcə ölkəmizin “dördgünlük müharibə”dəki zəfərinin əhəmiyyəti ilə yanaşı, Azərbaycanın 44 günlük müharibədəki zəfərinin və 23 saatlıq antiterror əməliyyatının da Cənubi Qafqaza və dünyaya gətirəcəyi faydalar daha yaxşı anlaşılacaq: 

"Ona görə də Qarabağ ətrafındakı qanlı oyunu başladan və yeni oyunlar qurmağa cəhdlərlə regionumuzda rəqabət aparan dünya gücləri Qarabağ mövzusunun bağlandığını həzm etməli, bu məsələ ilə bağlı məkrli siyasətlərini tarixin arxivinə göndərməlidirlər. Həmçinin manipulyasiyalara, təxribatlara, riyakar fəaliyyətlərinə, Azərbaycana açıq və əlaltdan yeritdikləri təzyiqlərinə son qoymalıdırlar. Bir tərəfdən Azərbaycanın müharibədəki qələbəsini həzm etmək istəməyənlər Ermənistan vasitəsilə qurulan məkrli oyunları davam etdirməkdən əl çəkməlidirlər. Öz səylərini əsas məqamları artıq razılaşdırılmış sülh müqaviləsinin bağlanmasının sürətlənməsinə, regionumuzda etibarlı və davamlı sülhə nail olunmasına yönəltməlidirlər. Bu, həm də region ölkələri və xalqları üçün qlobal baxımdan çox gərəkli və perspektivli olardı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri