Icma.az
close
up
RU
Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirildi FOTOLAR

Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü adlı tədbir keçirildi FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 11-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Tədbirdə şəhər ictimaiyyəti, Sumqayıt, Bakı və Azərbaycanın bir sıra bölgələrindən gəlmiş şəhid ailələri, Qarabağ qazilər iştirak etdilər. Tədbir zamanı aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov,  Sumqayıt şəhər  Veteranlar  Şurasının sədri, şəhid Pərviz Şükürovun atası Sakit Şükürov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, şəhid Sərxan Əliyevin anası Esmira Əliyeva, videoçarxın ssenari müəllifi Hafiz Ataxanlı çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır!

Tədbirdə  vətənpərvərlik mahnıları ifa olundu. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirdi.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri