Icma.az
close
up
RU
Aprel döyüşlərinin qəhrəmanlarından biri Raquf Orucov

Aprel döyüşlərinin qəhrəmanlarından biri Raquf Orucov

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ana Torpaq! Sənin qüdrətin ölçüyəgəlməzdir. Hər qarışın o qədər qiymətlidir ki, övladların sənin uğrunda canını, qanını belə əsirgəmirlər: ”Canımız bu Vətənə fəda” deyib, əbədiyyətə-sənin varlığına qovuşurlar. 

Bu gün Aprel  döyüşlərinin qəhrəmanlarından biri Raquf Orucovun anım günüdür. Azərbaycan Ordusunun polkovnik-leytenantı,”Murov Qartalı” ləqəbli Raquf Orucovun  ömür yoluna nəzər salanda  görürsən ki, bu insan  həyatı anlayandan torpaq nisgili ilə yaşayıb. Hayların xalqımıza vurduğu ən böyük zərbələrdən bəlkə də birincisi onların ürəklərdə sağalmaz dərdlərin izini açmasıdır. Çünki, harada işğalçılıq, müharibə varsa, orada dərd-bəla, hüzn var. Raquf da belə bir tale ilə qarşılaşmışdı. O, 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində doğulmuşdu. Bütün uşaqlar kimi onun da sonsuz arzuları var idi… Çox təəssüf ki, erməni işğalçıları  qanlı əllərini Qarabağ torpaqlarımıza uzadandan sonra bütün Azərbaycan xalqının başı üzərini fəlakət dalğası bürümüşdü, aydın səmamızın rahatlığı pozulmuşdu. Raqufun doğulduğu Cinli kəndini də işğalçılar  qana boyamış, tar-mar etmişdilər. Raqufun anası həmin işğal günlərində -1993-cü ilin 12 iyun tarixində şəhid oldu. Bundan əvvəl isə dayısı Azər Rəhimov şəhidlik məqamına qovuşmuşdu. Raquf özü könüllü olaraq özünümüdafiə batalyonlarında qəhrəmanlıqla döyüşürdü. Amma, çox təəssüf ki, Azərbaycan Ordusu o illər pərakəndə vəziyyətdə idi. Silah-sursat belə yox dərəcəsində idi. Fəqət, Vətəni qibləgah bilən və ölümdən qorxmayan Raquf kimi minlərlə oğullar arxalı köpəklərlə - haylarla qorxmadan  döyüşürdülər. Raquf əfsanəvi kəşfiyyatçılardan biri idi. O, tez-tez  düşmən caynağında olan kəndlərinə gedir, anasının məzarı başında onunla dərdləşirdi: ”Ana, səni tək qoymayacağam, biz qayıdacağıq. Bu torpaqlar bizimdir, bizim də olacaq. Hər gecənin bir şəfəq saçan  gündüzü var.”

Birinci Qarabağ döyüşlərindən sonra  Raquf  ayaqlarında qəlpə yaraları gəzdirsə də, çəkdiyi ağrıları kimsəyə bildirmirdi. Düşmənə nifrət, qisas hissi onu peşəkar hərbçi kimi formalaşdırdı. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə  daxil olan Raquf peşəkar zabit kimi təhsilini başa vurduqdan sonra,  Azərbaycan Ordusunun  sıralarında xidmət etməyə başladı. 1996-cı ildən təyinatını ön xəttə -  Murovdağa alan Raquf Orucov kəşfiyyat bölüyünün komandiri kimi Vətənə borcunu yerinə yetirirdi. Özü kimi  “Qartallar” yetişdirirdi. Onun Murovdağda keçirdiyi  kəşfiyyat əməliyyatları  dillər əzbəri olmuşdu. Elə buna görə də,  Raqufa “Murov Qartalı” ləqəbi verilmişdi. Raquf döyüş qabiliyyətinə və cəsarətinə  görə əfsanəvi hərbçi idi. 

Bəli, belə zabitləri ilə Azərbaycan Ordusu yenilməz, basılmaz oldu.

2016-cı ilin Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində  vuruşan Raquf Ağdərənin Talış kəndinin  erməni işğalçılarından  azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşdü və şəhidlik zirvəsinə ucaldı. Raquf Orucovun xidmətləri heç vaxt unudulmayacaq, onun xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. İnanırıq ki, Raquf Orucovun 2 oğul övladı - Aqşin və Nihad qəhrəman atalarının adına layiq övladlar kimi bu Vətənə layiqli vətəndaş olacaqlar.

Raquf Orucov ölümündən sonra  “İgidliyə görə” medalı ilə təltif edilib. Vətən cəngavər oğulları ilə gözəldir, laləzardır. Onların  hər birinin dəfn mərasimi ümumxalq birliyinin canlı mücəssiməsidir. Həmin gün - 2016-cı il  aprelin 5-də  insan seli  Sumqayıt  Şəhidlər  Xiyabanını ağuşuna almışdı. Xalq qəhrəman oğullarını son mənzilə yoia salırdı. Raquf Orucov Sumqayıtda Şəhidlər  Xiyabanında dəfn olunub. Sağında da, solunda da əsgərləri, komandirləri ilə birgə əbədiyyət işığına qovuşublar. Heyf ki, Raquf kimi qəhrəmanlarımız  2020-ci il  Vətən Müharibəsindəki Zəfərimizi görmədilər. Amma onların ruhu rahatdır, “Xarı Bülbüllü” Qarabağımızın səmasında şəhidlərimizin ruhu qarış-qarış dolaşır… Ruhunuz  qarşısında baş əyirik, əziz oğullar!

Kəmalə Abdinova

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri