Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Aprel qələbəsi: Lələtəpədən Xankəndiyə...

Aprel qələbəsi: Lələtəpədən Xankəndiyə...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir tariximizin əlamətdar səhifələrindən biri də məhz aprelin 4-də yazılıb. Söhbət 2016-cı il aprelin əvvəlində başlayan və tarixə də “Aprel döyüşləri” adı ilə düşən dörd günlük savaşın müzəffər Ordumuzun şanlı zəfəri ilə başa çatmasından gedir.

Tarixin bu günündə - aprelin 4-də qazanılan Qələbə xalqımızın yenilməz ruhunu, işğal faktı ilə heç vaxt barışmayacağını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsini, Ordumuzun gücünü bütün dünyaya göstərdi. 4 günlük Aprel döyüşlərində qazanılan Qələbə sayəsində ay-ulduzlu bayrağımız Lələtəpə yüksəkliyində ucaldı. Bundan sonra zəfərlər daim bizimlə oldu...

Tarixi Zəfərlə yekunlaşan sürətli əks-hücum əməliyyatı

Havadarlarının dəstəyinə arxalanan Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətinə ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başlamışdı. O dövrdə Azərbaycanda daxili vəziyyət stabil deyildi, ayrı-ayrı siyasi qüvvələr hakimiyyətə gəlmək uğrunda qeyri-legitim yollarla mübarizə aparırdılar. Həmçinin iqtisadiyyat tamamilə dağılmışdı, sosial durum getdikcə ağırlaşırdı. Məkrli düşmən də bundan sui-istifadə etməklə torpaqlarımızın təxminən 20 faizini öz nəzarəti altına keçirməyə nail oldu.

İşğalçılıq siyasətinə görə cəzalandırılmayan Ermənistan bundan ruhlanaraq yeni ərazilər zəbt etmək niyyətinə düşmüşdü və bu məqsədlə vaxtaşırı keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra ən şiddətli toqquşmalar hesab olunan Aprel döyüşləri də Ermənistanın davamlı təxribatları nəticəsində baş verdi. 2016-cı il mart ayının ortalarından başlayaraq keçmiş təmas xətti, həmçinin iki ölkə arasındakı şərti sərhədlər boyunca  vəziyyət hədsiz dərəcədə gərginləşmişdi. Gah bu, gah da digər bir ünvanda mövqelərimiz daim atəşə tutulurdu. Düşmən belə təxribatlardan birini 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədə törətdi. Ancaq artıq vəziyyət dəyişmişdi. Azərbaycan atəşkəsi gözləməklə, sülh danışıqlarında hər zaman fəal şəkildə iştirak etməklə yanaşı,  həm də öz iqtisadiyyatını gücləndirmiş və bu əsasda müasir ordu quruculuğuna nail olmuşdu. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında formalaşan bu ordu qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir idi. Bunu Aprel döyüşləri bir daha təsdiqlədi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatları ilə düşmən təxribatının qarşısını qətiyyətlə aldı. Dörd gün davam edən müharibədə Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu düşmənə göstərdi.

Aprelin 4-də yekunlaşan döyüşlər  nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və bir neçə hərbi hissəsi məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu

Uzun illər ərzində Ermənistan cəmiyyətinə miflərin hakim kəsildiyi hər kəsə bəllidir. Ermənilər bir növ kilsədən, xaricdəki lobbi dairələrindən gələn  və reallıqla heç bir əlaqəsi olmayan zərərli ideyaların əsirinə çevrilmişdilər. Onlara həmçinin  “məğlubedilməz ordu” mifi  aşılanmışdı. Bu uydurma ideyaya inanan ermənilər elə güman edirdilər ki, Ermənistan  ordusu Bakıya qədər irəliləyə bilər. Bəli, bu gün Ermənistan ordusunun çoxlu sayda hərbi texnikası Azərbaycan paytaxtındadır. Lakin onlar İkinci Qarabağ müharibəsində qənimət kimi götürülən texnikalardır və bu da ermənilərin “yenilməz ordu” mifinin iflasının biabırçı təzahürüdür.

Düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi ilk dəfə məhz dörd günlük Aprel döyüşlərində tar-mar oldu. Aprel döyüşlərindən sonra Ermənistanın həm silahlı qüvvələri, həm də siyasi rəhbərliyi çıxılmaz durumda qalmışdı. İndiyədək Ermənistanın siyasi-hərbi rəhbərliyi daim cəmiyyətə nağıllar danışır, vədlər verirdi. Aprel döyüşləri o reallığı ortaya qoydu ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə, Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək.

Aprel döyüşlərində əsgər və zabitlərimizin şücaəti ən yüksək qiymətə layiq idi. Prezident İlham Əliyevin 2016-cı il aprelin 19-da imzaladığı müvafiq sərəncamlarla Silahlı Qüvvələrimizin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7 üzvü “Azərbaycan Bayrağı” ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 19 üzvü “Vətən uğrunda” medalına, 43 üzvü “İgidliyə görə” medalına, 45 üzvü “Hərbi xidmətlərə görə” medalına layiq görülüb, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Xankəndidə əzəmətlə dalğalanan Azərbaycan bayrağı

Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxarmadı. Öz havadarlarına arxalanan düşmən 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu. Ermənistanın heç bir motivasiyası olmayan hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi və cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Beləliklə, Aprel döyüşlərində zəfər yoluna çıxan Azərbaycan 44 günlük müharibədə özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.

Bundan sonra daha bir böyük zəfərimizi 2023-cü il sentyabrın 19- 20-də  keçirilən lokal xarakterli antiterror əməliyyatında qazandıq. Bu, Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror əməliyyatı nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edildi. 

Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatın nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri