Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Aprel zəfəri: Xalqımızın ruhunun, milli qürurunun və gücünün təntənəsi

Aprel zəfəri: Xalqımızın ruhunun, milli qürurunun və gücünün təntənəsi

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən 9 il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan dördgünlük müharibədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.

Bu döyüşlər xalqın torpaq və Vətən sevgisini açıq şəkildə ortaya qoydu.

Orduya könüllü qoşulmaq arzusu, şəhidlərə və qazilərə dərin hörmət, informasiya cəbhəsində gedən müharibə vətənpərvərlik hissinin gücünü göstərir.

Dördgünlük döyüşlər zamanı Azərbaycan xalqı bir daha gördü ki, ordumuz güclüdür və işğal altındakı torpaqları azad etmək qüdrətinə malikdir. Bu inam isə 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər davam edərək sonda qələbə ilə nəticələndi.

Qeyd edək ki, Aprel şəhidlərinin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik dərsi olacaq.

Ceyhun Məmmədov: Aprel zəfəri həm də İkinci Qarabağ müharibəsində bir dönüş nöqtəsi idi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Aprel döyüşləri ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi idi.

Onun sözlərinə görə, Azərbaycan xalqı uzunmüddət torpaqlarımızın işğaldan azad olunmasını gözləyib. Ancaq ermənilər davamlı olaraq təxribatlar törədirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu növbəti dəfə Ermənistanın hücumunu dəf edərək, Azərbaycan xalqına Aprel zəfərini yaşadıb.

Millət vəkili qeyd edib ki, Aprel zəfəri həm də İkinci Qarabağ müharibəsində bir dönüş nöqtəsi idi:

“Bilirsiniz ki, həmin dövrə kimi “güclü Ermənistan ordusu”, “güclü Ermənistan” mifi yaradılmışdı. Ancaq Azərbaycan göstərib ki, onlar yalnız mifdir. Eyni zamanda, ordumuz Ermənistanın Qarabağda qurduğu ən böyük sədlərindən biri olan “Ohanyan səddi”ni yararaq bu qələbəni təmin edib”.

Aprel zəfərinin Azərbaycan gənclərində müharibə, mübarizə ruhunu daha da gücləndirdiyini deyən deputat nəzərə çatdırıb ki, həmin dövrdə şəhid olan vətən övladlarımızdan ilhamlanan gənclərimiz 2020-ci ildə İkinci Qarabağ müharibəsində yeni qəhrəmanlıq dastanları yazıblar.

Müsahibimiz onu da vurğulayıb ki, Aprel zəfəri prezident İlham Əliyevin rəhbərliyi əsasından qoyulmuş siyasətin uğurla həyata keçirildiyini göstərdi. Güclü Azərbaycan ordusu quruldu, Azərbaycan xalqının birliyi, həmrəyliyi təmin olundu və beləliklə, bu möhtəşəm qələbəni Azərbaycan xalqı növbəti dəfə yaşadı.

“Azərbaycan xalqı yeni qələbələrə bu addımlarla yeni imzasını atmış oldu. Azərbaycan xalqı heç zaman vətən övladlarının unutmayacaq. Torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ermənistan bilməlidir ki, Azərbaycan hər zaman onun təxribatlarının qarşısını alacaq və heç zaman yenidən ən kiçik cəhdə belə imkan verməyəcək,”- deyə Ceyhun Məmmədov söyləyib.

Emin Həsənli:Aprel döyüşləri cəmiyyətin vətənpərvərlik ruhunu gücləndirdi

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində özünəməxsus yer tutur. Onun sözlərinə görə, bu döyüşlər təkcə hərbi qələbə deyil, eyni zamanda, xalqımızın ruhunun, milli qürurunun və gücünün təntənəsi idi.

E.Həsənli qeyd edib ki, Aprel döyüşləri bölgədəki vəziyyəti kökündən dəyişib. Ermənistan və dünya ictimaiyyəti Azərbaycanın güclü ordusunun olduğunu və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu açıq şəkildə görüb. Azərbaycan bu işğal vəziyyəti ilə heç vaxt barışmayacağını nümayiş etdirib:

“Bu döyüşlər Azərbaycan xalqının özünə inamını daha da artırdı, ordumuza güvəni daha da möhkəmləndirdi. Atəşkəs illərində ordumuzda aparılan islahatların, keçirilən təlimlərin və hərbi paraddakı nümayişlərin real nəticələri ilk dəfə məhz döyüş meydanında açıq-aşkar göründü. Xüsusi təyinatlı qüvvələrimizin şücaəti xalqımızın yaddaşına əbədi həkk olundu. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar Vətənin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçdilər”.

Ekspert 1994-cü ilin mayında elan edilən atəşkəsdən sonra baş verən ən böyük döyüşün məhz Aprel döyüşləri olduğunu vurğulayıb. Həmsöhbətimiz əlavə edib ki, əvvəllər müxtəlif toqquşmalar olsa da, bu miqyasda və bu qədər şəhid verdiyimiz bir döyüş olmamışdı. Aprel döyüşləri Birinci Qarabağ müharibəsindən sonra bölgədə baş verən ən iri hərbi əməliyyat idi və nəticədə düşmənə ağır zərbə vurulub:

“Bunun təsiri təkcə döyüş meydanı ilə məhdudlaşmayıb, Ermənistanda siyasi dəyişikliklərə də səbəb olub. Azərbaycan torpaqlarının işğalında və xalqımıza qarşı cinayətlərdə iştirak etmiş Sarkisyan-Ohanyan rejimi hakimiyyətdən getməyə məcbur olub. Erməni ordusunun “məğlubedilməzliyi” barədə mif alt-üst edildi, Ohanyan xətti yarılıb”.

E.Həsənli qeyd edib ki, Aprel döyüşləri, eyni zamanda, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəyə gedən yolun müjdəçisi idi. Onun sözlərinə görə, Aprel döyüşləri cəmiyyətinvətənpərvərlik ruhunu gücləndirdi. Ekspert vurğulayıb ki, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi bütövlükdə Vətən müharibəsinin əsas tərkib hissələridir.

“Biz bu müqəddəs savaşlarda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq.

Aprel döyüşlərinin qəhrəmanları - şəhidlərimizin ailələri və qazilərimiz cəmiyyətdə böyük ideoloji iş aparıblar, xalqımız arasında birlik və ruh yüksəkliyi yaradıblar. Məhz bu milli ruh, bu birlik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və ordusunun 44 günlük müharibədə qazandığı Zəfərin təməlini qoyub”,- deyə Emin Həsənli bildirib.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri