AQEM in Gənclər Şurasının iclasında 20 yə yaxın ölkənin gəncləri təmsil olunurlar
525.az saytına istinadən Icma.az xəbər verir.
2025–2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi Azərbaycan həyata keçirir. Bu, ölkəmizin Gənclər Şurasının sədrliyini də öz üzərinə götürməsi deməkdir.
525.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova AQEM-in Gənclər Şurasının 8-ci iclası çərçivəsində deyib.
O bildirib ki, tədbirdə 110 iştirakçı iştirak edir və ümumilikdə 20-yə yaxın ölkənin gəncləri təmsil olunurlar. “Gənclərimiz dayanıqlı inkişaf mövzuları ətrafında müzakirələr aparacaqlar və bu məsələləri gənclər siyasəti prizmasından qiymətləndirəcəklər. Tədbir çərçivəsində həm könüllülük hərəkatının liderləri üçün forum, həm də dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş gənclər paneli keçiriləcək”, - deyə Ülviyyə Axundova qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, iki gün ərzində iştirakçılar gənclər siyasətində birgə imkanları dəyərləndirəcək, fikir mübadiləsi aparacaq və yeni dostluqlar quracaqlar. Tədbir AQEM-ə üzv ölkələrin gənclər şəbəkəsinin daha da möhkəmlənməsinə, eləcə də ölkələr arasında gələcəkdə yaxşı əlaqələrin qurulmasına töhfə verəcək. “Sabah həm könüllü liderlərin forumu, həm də gənclərin “beyin fırtınası” müsabiqəsi keçiriləcək. Noyabrın 14-ü isə nümayəndə heyəti və qonaqlar Şuşa şəhərinə səfər edəcək. Orada xüsusi proqram nəzərdə tutulub və həmin proqram başa çatdıqdan sonra tədbir yekunlaşacaq”, - deyə Ülviyyə Axundova diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















