Icma.az
close
up
RU
Ceyhun Bayramov AQEM in Xarici İşlər Nazirləri Şurasının qeyri rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov AQEM in Xarici İşlər Nazirləri Şurasının qeyri rəsmi iclasında iştirak edib

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının Sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

İclas zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib.

Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Nazir Bayramov həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.

AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.

Üzv Dövlətlər AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət çəkiblər. Onlar əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər və bu təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi AQEM-in effektivliyini əhəmiyyətli dərəcədə artıracağını bildiriblər.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanının – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb.

Nazirlər Şurası həmçinin İkinci Dünya Müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə üzv dövlətlər İkinci Dünya Müharibəsində qələbə üçün verilmiş tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə sadiqliklərini bir daha təsdiq ediblər. Onlar Asiyada və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar. Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası 2024-cü ilin dekabr ayından başlayaraq iki il müddətinə 28 dövlətin üzv olduğu Asiyanın ən böyük regional platforması AQEM-də sədrlik edir. Müxtəlif çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq Azərbaycanın AQEM sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında AQEM regionunda dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet olaraq elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri