Icma.az
close
up
RU
AQEM in sessiyasında transformasiya və institusional potensialın artırılması yolları müzakirə edilib YENİLƏNİB

AQEM in sessiyasında transformasiya və institusional potensialın artırılması yolları müzakirə edilib YENİLƏNİB

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası ikinci günündə işini iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, AQEM-in hərbi-siyasi məsələlər üzrə eksperti Madina İgibayevanın moderatorluğu ilə keçirilən iclasda “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması” mövzusu müzakirə olunub.

Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Mohammad Ashique Rahman qeyd edib ki, hazırda dünya çoxsaylı problemlərlə, münaqişələrlə üz-üzədir. Bəzi regionlar aktiv münaqişə zonalarına çevrilə bilər. Bu səbəbdən belə bir Forumun keçirilməsi böyük əhəmiyyət daşıyır.

“Biz mexanizmlər formalaşdırmalıyıq. AQEM uzun müddətdir ki, institusional formalaşma istiqamətində tədbirlər həyata keçirir. Lakin bundan sonra daha innovativ olmalı, güclü struktur yaratmalıdır. Əsas problemlərdən biri maliyyələşmədir. Regional funksiyaların yerinə yetirilməsi üçün davamlı maliyyə mexanizmləri qurulmalıdır. Bununla yanaşı, siyasi diplomatiya müxtəlif səviyyələrdə çox vacibdir. Təəssüf ki, üzv dövlətlərin sıravi vətəndaşları bu təşkilatların fəaliyyətindən çox vaxt xəbərsizdir. Bu vəziyyəti dəyişmək üçün maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdır”, - deyə Mohammad Ashique Rahman bildirib.

O, AQEM-in gəncləri prosesə cəlb etməli olduğuna diqqət çəkərək vurğulayıb: “Asiya dövlətlərində kifayət qədər istedadlı gənclər var və biz onların potensialından yararlanmalıyıq. Əsas məqsədimiz beynəlxalq dəyərlərə hörmət əsasında daha yaxşı iş planı hazırlamaq, davamlı əməkdaşlıq mexanizmləri qurmaqdır. Tədqiqat mərkəzləri üçün də bu kimi forumlar qiymətli məlumat mənbəyi rolunu oynaya bilər. Nəticə olaraq deyə bilərəm ki, bizim üzərimizə düşən vəzifə həm əməkdaşlığı gücləndirmək, həm də davamlı inkişafı təmin edəcək mexanizmlər yaratmaqdır”.

Banqladeşli nümayəndə sonda Azərbaycana ilk dəfə səfəri etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan sanki gizli mücəvhərə bənzəyir.

Çinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Wang Zhen vurğulayıb ki, AQEM-in transformasiyası üçün dayanıqlı, sabit platforma yaradılmalı, yeni ehtiyaclar müəyyənləşdirilməlidir: “Biz AQEM-in tədricən, mərhələli və konsensusa əsaslanan tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi üçün strukturlaşdırılmış, inklüziv və şəffaf danışıqlar prosesinə başlamalıyıq. Təşkilatımız bütün üzv dövlətlərin maraq dairələrində, eyni məqsəd və prinsipləri bölüşən digər dövlətlər və təşkilatlarla nəticəyönümlü və konsensusa əsaslanan çoxtərəfli əməkdaşlığı gücləndirməlidir”.

Çinli nümayəndə diqqətə çatdırıb ki, qüdrətli qüvvələr arasında yenidən ciddi dəyişikliklər baş verir və son 7-10 ildə dünyamızın çoxqütblülüyü daha da artmaqdadır. Onun sözlərinə görə, yeni formalaşan ölkələr sürətlə inkişaf edir və yaxın gələcəkdə beynəlxalq münasibətlərdə öz sözlərini deyə biləcəklər.

Wang Zhen bildirib ki, hazırkı dünya xaotik xarakter daşıyır və bunun müxtəlif təzahürlərini kifayət qədər görmək mümkündür. O, həmçinin qeyd edib ki, yeni dünya düzəni də bir sıra dəyişikliklərdən keçir və mövcud boşluqları doldurmaq üçün beynəlxalq təşkilatlar qlobal miqyasda daha fəal rol oynamalıdır.

Hindistanın Dünya İşləri Şurasının Baş direktor vəzifəsini icra edən Nutan Kapur Mahavar bildirib ki, təşkilatın transformasiyası mərhələli şəkildə həyata keçirilməlidir. Bu proses həddindən artıq yüklənmədən, lakin ardıcıl və sistemli formada davam etməlidir. Bu kontekstdə Astanada qəbul olunmuş və Azərbaycanın sədrliyini nəzərdə tutan qərar AQEM-in təkamül yolunda mühüm addım kimi qiymətləndirilir.

“Hazırda dünya çoxsaylı təhlükəsizlik çağırışları ilə üz-üzədir. Cinayətkarlıq, terrorizm, ekoloji problemlər, yoxsulluq bizim birgə mübarizə aparmalı olduğumuz reallıqlardır. Transformasiya olunmuş AQEM isə bu problemlərin qarşısının alınması üçün konkret tədbirlər görmək gücündə ola bilər. Unutmamalıyıq ki, sadalanan bütün çağırışlar Asiya məkanında yaşayan hər bir insanın gündəlik həyatına təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində də məhz bu məsələlərə xüsusi diqqət ayrıldı və bu, bütün auditoriyanın diqqətinə çatdırıldı. Çünki həll yollarının tapılması üçün ən doğru platformalardan biri məhz AQEM-dir”, - deyə hindistanlı nümayəndə vurğulayıb.

O, sonda Hindistandakı mərkəzlərin bu Forumun bütün müzakirələrində fəal iştirak etdiyini və əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylərinə davam edəcəyini deyib.

Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev AQEM-in sessiyasının Bakı şəhərində keçirilməsinin xüsusi məna daşıdığını diqqətə çatdırıb: “Çünki bura Şərqlə Qərbin, qədim tarixin və müasir texnologiyaların birləşdiyi məkandır. Bakı həmişə bilik, mədəniyyət və texnologiya mübadiləsi mərkəzi kimi çıxış edib. Əminəm, biz – analitik qurumların nümayəndələri bu gün elə perspektiv təkliflər və təşəbbüslər irəli sürəcəyik ki, onların həyata keçirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.

Xüsusi vurğulamaq istəyirəm ki, layiqli inkişaf yolu keçən AQEM özünü Asiyada geniş təhlükəsizlik məsələlərinin müzakirəsi üçün nüfuzlu Forum kimi təsdiq edib. Bu gün öz inkişafının yeni tarixi mərhələsində çıxış edən AQEM-in transformasiyası çərçivəsində milli islahat aparılır. Sevindirici haldır ki, bu dəyişikliklər təşkilatımızın bütün iştirakçıları tərəfindən dəstəklənir, xüsusilə transformasiya proseslərinin ardıcıllığını və səmərəliliyini təmin etmək məqsədilə yol xəritələri tərtib edilir”, - deyə Baxtiyor Mustafayev qeyd edib.

O, geosiyasi gərginliyin artması və qlobal iqtisadi böhran fonunda Asiya qitəsinin həm nəhəng iqtisadi, həm də intellektual potensiala malik olduğunu qeyd edib. B.Mustafayevin sözlərinə görə, Asiya ölkələri bir tərəfdən ciddi çağırışlarla üz-üzə qalır, digər tərəfdən isə daha geniş əməkdaşlıq və inteqrasiya üçün yeni imkanlar qazanır.

“AQEM-in başladığı transformasiya prosesini praktik məzmunla zənginləşdirmək üçün təşkilatın əsas prinsiplərinə sadiqliyin gücləndirilməsi istiqamətində qarşılıqlı etimad, bərabərlik, mədəniyyətlərin müxtəlifliyinə hörmət və birgə inkişaf istiqamətində ardıcıl fəaliyyət göstərməliyik. Bu prinsiplərə sadiq qalmaq olduqca vacibdir”, - deyə özbəkistanlı nümayəndə vurğulayıb.

İclas müzakirələrlə davam etdirilib.

Xatırladaq ki, bu gün AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının son günüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri