Icma.az
close
up
RU
Aqibəti bilinməyən Fənər li ulduzdan maraqlı paylaşım

Aqibəti bilinməyən Fənər li ulduzdan maraqlı paylaşım

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

''Fənərbaxça''da yeni müqaviləyə imza atmaq istəmədiyi üçün bir qədər gözdən düşən Brayt Osayi-Samuel ''transfer pəncərəsi''nin son günündə klubdan ayrıla bilərmiş.

"Football-plus.az"ın məlumatına görə, bu xəbəri İngiltərəli idman müxbiri Pit Orurke paylaşıb.
Onun sözlərinə görə fevralın 3-də ''Fulhem'' ''Fənər''ə rəsmi təklif irəli sürübmüş. Amma İstanbul nəhəngi premyer-liqa təmsilçisinin təklifini geri çeviribmiş. Bununla belə ''Fulhem'' Osayi-Samueli diqqətdə saxlamaqda davam edəcək və mövsümün sonunda onu azad agent statusunda heyətə qatmağa çalışacaq. Xatırladaq ki, 27 yaşlı futbolçunun müqavilə müddəti bu yay başa çatacaq.
Bir müddət öncə Türkiyə mətbuatında Joze Mourinyonun artıq bu futbolçunu oynatmayacağı, eləcə də onun adının ikinci dövrə üçün TFF-yə göndərilən iştirak ərizəsindən çıxarılacağı barədə şayiələr yayılmışdı. Daha sonra ''Fənər'' müdafiənin sağ cinahını, yəni məhz Osayi-Samuelin oynadığı mövqeni ''Srvena Zvezda''lı Oqnen Mimoviç ilə gücləndirdi. Bu futbolçunun kubokda ''Ərzurumspor''a qarşı oyunda debüt edəcəyi gözlənilir. Osayi-Samuel ''Çaykur Rizəspor''a qarşı son matçı əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında keçirdi. Bəzi mənbələr onun ''Qalatasaray''la da gizli danışıqlar apardığını iddia edir. Guya Osayi-Samuel Batşuayinin ötən yay etdiyi hərəkəti təkrarlayaraq sərbəst oyunçuya çevrildikdən sonra əzəli rəqibə transfer olunacaq. Bu arada təcrübəli futbolçu ''instaqram'' səhifəsinin hekayə bölümündə diqqətçəkən bir paylaşım edib. Qum saatının şəklini qoyan Osayi-Samuel ''əziz dostlarım, eşitdiyiniz hər şeyə inanmayın. İnsanların sizə söylədiklərini diqqətli şəkildə incəliyin və sonra qərar verin'' sözlərini yazıb. 2021-in yanvarından ''sarı-lacivərdlilər''in şərəfini qoruyan nigeriyalı futbolçu bu mövsüm 24 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb.
Onu da bildirək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də bağlanacaq.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri