Icma.az
close
up
RU
Aqil Nəbiyev: Gürcüstan millisini taktiki və texniki cəhətdən yaxşı oynadığımız üçün məğlub etdik

Aqil Nəbiyev: Gürcüstan millisini taktiki və texniki cəhətdən yaxşı oynadığımız üçün məğlub etdik

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanın U-16 millisi Bakıda keçirilən toplanış çərçivəsində Gürcüstandan olan həmyaşıdlarını həm texniki, həm də taktiki cəhətdən yaxşı oynadığı üçün məğlub edib".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis uşaqların oyun praktikasında çatışmazlıqlar olduğunu vurğulayıb: "Yay fasiləsindən sonra bu komandanın ilk toplanışıdır. Bilirsiniz ki, aşağı yaş qruplarında liqalar hələ başlamayıb. Uşaqlar oyun formalarından çox uzaqdırlar, kondisiya və praktika problemləri var. Gürcüstan millisi üzərində qələbə vacib idi. Düzdür, oyundan tam razı qalmadım, çatışmazlıqlar var. Bunların aradan qaldırılması üçün vaxt lazımdır. Liqalar başlamalı, toplanış və beynəlxalq oyun sayı çox olmalıdır. Gürcüstan hazır komandadır, çünki bu ölkədə aşağı yaş qrupları üzrə liqalara start verilib. Futbolçuların fərdi keyfiyyətləri daha yaxşıdır. Buna baxmayaraq, həm texniki, həm də taktiki cəhətdən daha yaxşı oynadığımız üçün qələbə qazandıq. Gürcüstana qarşı növbəti yoxlama oyununu sabah keçirəcəyik".

Nəbiyev bir neçə gün ərzində yekun heyəti formalaşdırmağa çalışacaqlarını vurğulayıb: "Bəzi futbolçular milliyə zədəli və xəstə olmaları səbəbindən qoşula bilmədilər. Bu, demək olar ki, III MDB Oyunları öncəsi son toplanışımızdır. Gürcüstanla oyundan sonra məşqçilərlə bir araya gəlib yekun heyəti müəyyənləşdirib AFFA-ya təqdim edəcəyik. Liqalarda komanda sayı az olduğu üçün seçim geniş deyil. Bu səbəbdən uşaqların yoxlama görüşlərini də izləyirik ki, ən azı ümumi durumları barədə məlumatımız olsun".

Qeyd edək ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. A.Nəbiyevin rəhbərlik etdiyi kollektiv bu rəqiblə sabah ikinci dəfə üz-üzə gələcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri