Icma.az
close
up
RU
Aqrar Sığorta Fonduna qeyri sabit hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 76 müraciət daxil olub

Aqrar Sığorta Fonduna qeyri sabit hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 76 müraciət daxil olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Ötən həftə respublika ərazisində havanın qeyri-sabit keçməsi nəticəsində bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib. Zərər çəkmiş fermerlər dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun (ASF) 1651 nömrəli Çağrı Mərkəzinə müraciət ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub. Müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.

Aqrar Sığorta Fondundan bildirilib ki, qeyd edilən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığortalatmış fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək.

ASF bir daha təsərrüfatlarını sığortalatmış fermerləri öz sahələrinə diqqətlə baxış keçirməyə və baş verən hadisələrlə bağlı operativ şəkildə Fonda müraciət etməyə çağırır.

Eyni zamanda Fond indiyədək dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə etməmiş fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri