Aqrar Universitetdə təyyarə qəzasının ildönümündə həlak olanların xatirəsi anılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 25 dekabr, Elcan Məmmədov, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində tələbə və müəllimlərin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında faciənin ildönümünün dərin hüznlə qeyd olunduğunu bildirərək, həlak olanların xatirəsinin daim ehtiramla yad ediləcəyini və bu acı hadisənin heç vaxt unudulmayacağını vurğulayıb.
İctimai fənlər kafedrasının əməkdaşları Əbdürəhman Kazımov, Samirə Qasımova, Sevda Abdullayeva və Çinarə Səfərova çıxışlarında Prezident İlham Əliyev üçün insan həyatının ən ali dəyər olduğunu vurğulayıblar. Qeyd olunub ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərməyə başlayıb. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülüb. Təyyarə qəzasında həyatını itirənlərin ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu, onlara lazımi sosial və mənəvi dəstəyin göstərildiyi bildirilib.
Diqqətə çatdırılıb ki, xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Həmçinin sağ qalan ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızının I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmaları faciə qurbanlarına göstərilən dərin ehtiramın nümunəsidir.
Baxış sayı:53
Bu xəbər 25 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















