Tinq Han: Bakıda yaşadığım illər ərzində şəhərin sürətli inkişafının və Çin Azərbaycan münasibətlərinin hərtərəfli möhkəmlənməsinin şahidi olmuşam
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Bakıda yaşadığım altı il ərzində şəhərin sürətli inkişafının və Çin–Azərbaycan münasibətlərinin hərtərəfli möhkəmlənməsinin şəxsən şahidi olmuşam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda yaşayan, iki Çin restoranını idarə edən sahibkar Tinq Han deyib.
Onun sözlərinə görə, məhz bu il investisiya yatırmaq və biznesini inkişaf etdirmək məqsədilə Çinin çoxlu sayda vətəndaşları Bakıda olub ki, bu da ölkənin iqtisadi artımına və yeni iş yerlərinin yaradılmasına töhfə verir.
Tinq Han Çin–Azərbaycan münasibətlərinin inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu dəstək sayəsində Azərbaycandakı Çin icması və Bakıda fəaliyyət göstərən Çin biznesi inkişaf üçün mühüm imkanlar əldə edir. Özünü yarı azərbaycanlı hesab edən bir insan kimi ölkələrimiz arasında sıx əməkdaşlıq nəticəsində açılan imkanlara və göstərilən dəstəyə görə səmimi qəlbdən minnətdaram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















