Aqrar Xidmətlər Agentliyinə bir gün vaxt verildi: Bir gündə iki tenderi ləğv edildi
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bir gündə iki tenderi ləğv edilib.
Bu barədə rəsmi qaynaqlardan məlumat yayılıb.
Bildirilir ki, tenderlərdən biri Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Qarayara, Çiçək və infeksion Nodulyar Dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınması bağlı olub. 3 milyon 185 min 61 manatlıq bu tenderin ləğvinə səbəb konkret olaraq göstərilməyib.
Məlum olan odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin 1 iş günü ərazində ləğv edilməsi tələbini qoyub. İkinci tender isə Aqrar Xidmətlər Agentliyi və tabeliyində olan mərkəzlər üçün yanğınsöndürmə balonları, yanğından mühafizə ləvazimatları və ilkin tibbi yardım çantalarının alınması ilə əlaqəlidir. 62 min 528 manatlıq müsabiqənin ləğvinin səbəbi elə ilk tenderdən fərqli olmayıb.
Tribunainfo.az
Baxış sayı:59
Bu xəbər 14 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















