AQTA: Elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 46 a yüksəlib
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib, 83 ölkə satışını tənzimləməklə , 42 ölkə isə tərkibindəki nikotini tənzimləməklə məhdudlaşdırıb".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, son 6 ay ərzində elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 35-dən 46-a yüksəlib: “Çox narahatedici məqamlardan biri də odur ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaret istifadə edir və onlardan 15 milyonu 14-18 yaş arası yeniyetmələrdir. Burada ən çox digər narahatedici məqam odur ki, böyüklərə nisbətdə elektron siqaret yeniyetmələr arasında 9 dəfə çox istifadə olunur”, - Validə Sadıxova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















