AQTA hara baxır?
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun fəaliyyət istiqamətlərinin ictimaiyyətə daha yaxından təqdim olunması məqsədilə "AQTA hara baxır?" adlı yeni layihəyə start verilib.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində qida zəncirinin bütün mərhələlərində - tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığını artırmaqla yanaşı, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin şəffaf şəkildə təqdim edilməsidir.
Layihənin ilk buraxılışı son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olan "dəvə qutabı" mövzusuna həsr olunub. Bu mövzu ətrafında aparılan müzakirələr əsasən məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələlərini əhatə edir.
Daha ətraflı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=fc5XcAu-yP4
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Aprel 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















