AQTA kütləvi zəhərlənməyə görə kafeni bağlatdı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AQTA Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumatlar yoxlanılır.
Araşdırmalar çərçivəsində toyuq dönərindən, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülüb. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, "Real" kafesində hazırlanmış dönərdən 14 nəfər zəhərlənib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















