Icma.az
close
up
RU
AQTA rəsmisi: Son illərdə pestisid idxalında sistemsizlik müşahidə olunur

AQTA rəsmisi: Son illərdə pestisid idxalında sistemsizlik müşahidə olunur

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycanda son illərdə pestisidlərin idxalı və istifadəsində sistemsizlik halları artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndəsi Elxan Mikayılov “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsinin Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasında ictimai müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün zərərvericilərlə mübarizə metodları həm effektiv, həm də ekoloji cəhətdən təhlükəsiz olmalıdır:

“Pestisidlər təyinatına uyğun istifadə edilməli, normadan artıq gətirilməməlidir. Təəssüf ki, bəzi hallarda bu qaydalara əməl edilmir. Nəticədə istifadə müddəti bitmiş və satışa yararsız pestisid ehtiyatları yaranır ki, bu da utilizasiya ilə bağlı ciddi problemlərə səbəb olur. Bu cür hallar təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müşahidə olunur”.

E.Mikayılov qeyd edib ki, zərərvericilərlə mübarizə zəruridir, lakin bu proses müvafiq elmi əsaslar və reqlamentlərə uyğun şəkildə aparılmalıdır:

“Əsas məqsəd pestisidlərin bitki məhsullarında qalıq miqdarının yaranmasının qarşısını almaqdır. Hazırda bu istiqamətdə geniş narahatlıq olmasa da, bəzi təsərrüfatlarda eyni növ pestisidlərin təkrar istifadəsi gələcəkdə problemlər yarada bilər. Ona görə də bu sahədə elə bir normativ baza formalaşdırılmalıdır ki, sahibkarların işi asanlaşsın, həm də təhlükəsizlik qorunsun”.

Yeni “Bitki sağlamlığı haqqında” qanun layihəsində pestisidlərin və digər bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı ilə bağlı yeni tələblər müəyyən olunub. Qeydiyyat zamanı bu vasitələrin bioloji, gigiyenik-toksikoloji, ekotoksikoloji və ekoloji təsirləri qiymətləndiriləcək və istifadə qaydaları hazırlanacaq.

E.Mikayılovun sözlərinə görə, Azərbaycanda bu vasitələrin istehsalına, idxalına və istifadəsinə yalnız dövlət qeydiyyatından sonra icazə veriləcək:

“Tərkibində aktiv maddələr, sinergistlər və neytrallaşdırıcılar olan pestisidlər yalnız onların istifadəsinə icazə verilmiş maddələrin siyahısında yer aldığı halda qeydiyyata alınacaq. Eyni zamanda, qadağan olunmuş maddələrin istifadəsi qəti şəkildə yolverilməzdir”.

AQTA rəsmisi bildirib ki, əvvəlki illərdə pestisid və aqrokimyəvi maddələrin qeydiyyatı eyni prosedurla həyata keçirilirdi. Onun sözlərinə görə, yeni qanun layihəsi isə bu yanaşmanı dəyişdirir. Artıq aqrokimyəvi maddələrin qeydiyyatı pestisidlərdən fərqli formada aparılacaq. Bu dəyişiklik onların yaratdığı risklərin təbiətcə fərqli olması ilə əsaslandırılır.

“Pestisidlərin qeydiyyatında həm təhlükəsizlik, həm də effektivlik nəzərə alınır. Halbuki, gübrələrdə əsas diqqət onların faydalılığına yönəlir. Gübrələr yalnız xüsusi hallarda - məsələn, partlayıcı tərkibli olduqda -təhlükəsizlik baxımından qiymətləndirilir”, - deyə E.Mikayılov əlavə edib.

O, aqrokimyəvi maddələrin qeydiyyatının bir neçə mərhələdə (sənəd ekspertizası, laboratoriya sınaqları, partlayış testləri və dəmərəlilik sınaqları) aparıldığını bildirib. Belə ki, təqdim edilən sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır, maddənin tərkibi və keyfiyyəti müvafiq laboratoriyalarda test edilir, azot tərkibli gübrələr üçün təhlükəsizlik sınaqları aparılır (xüsusilə 28 %-dən çox azot olan ammonium nitrat gübrələr üçün) və mikrobioloji tərkibli maddələr üçün əlavə testlər keçirilir.

Partlayıcı və mikrobioloji tərkibli maddələrin qeydiyyatı yalnız Ekspert Şurasının müsbət rəyi əsasında həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri