AQTİ HACCP sisteminin tətbiqi üzrə qiymətləndirmə və məsləhət xidmətlərini davam etdirir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, HACCP sisteminin tətbiqi çərçivəsində “Mangal Steak House Bayıl” restoranında konsaltinq xidməti göstərilib. AQTİ-nin mütəxəssisləri tərəfindən müəssisənin fəaliyyəti qanunvericiliyə uyğun olaraq yoxlanılıb, müəssisədaxili proseslər hərtərəfli qiymətləndirərək HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, HACCP qida təhlükəsizliyini təmin edən idarəetmə sistemidir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. AQTİ müəssisələrdə HACCP sisteminin milli və beynəlxalq tələblərə uyğun qurulması, mövcud sistemlərin qiymətləndirilməsi və tətbiqi zamanı metodiki dəstək göstərir. Xidmət çərçivəsində sertifikatlar verilir, istehsal prosesləri təhlükəsizlik standartlarına uyğunlaşdırılır və istehlakçı etimadı artır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















