Icma.az
close
up
RU
AQTİ: İki qida subyekti müəssisəsinə “HALAL” uyğunluq sertifikatı təqdim olundu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

AQTİ: İki qida subyekti müəssisəsinə “HALAL” uyğunluq sertifikatı təqdim olundu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən "HALAL” sertifikatlaşma prosesini davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, proses çərçivəsində artıq 8 qida subyekti "HALAL” sertifikatı almaq üçün müraciət edib.

Həmin müraciətlər əsasında "Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və "Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik "HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilir.

AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim edilən sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu, o deməkdir ki, institut beynəlxalq akkreditasiya tələblərinə cavab verən "HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir.

"HALAL” sertifikatın təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən www.afsi.gov.az veb-səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq [email protected] elektron poçt ünvanına göndərilir. Sonra institutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Yekunda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan "HALAL” uyğunluq sertifikatı təqdim edilir.

Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Həmin kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri