AQTİ nin laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması məqsədilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir.
AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, institutun tabeliyində heyvan sağlamlığı istiqamətində müayinələrin aparılması üçün 8 stasionar, 3 çadır və 1 maşın tipli, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar fəaliyyət göstərir. Bu laboratoriyalar xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostikası üçün zəruri olan müasir maddi-texniki baza ilə təchiz edilib.
Müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına uyğun olaraq, peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə edilməklə aparılır. Həmçinin laboratoriyalar heyvan xəstəlikləri üzrə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında uğurla iştirak edir və yüksək nəticələr göstərir.
Bu istiqamətdə fəaliyyət göstərən laboratoriyalar Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Mərkəzi Baytarlıq Laboratoriyası həmçinin Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilib.
Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizootoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu, xüsusi təhlükəli xəstəliklərin baş verdiyi hallarda hadisə yerində müayinələrin operativ aparılmasına, eləcə də qabaqlayıcı və nəzarət tədbirlərinin səmərəli həyata keçirilməsinə şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















