Icma.az
close
up
RU
İTSDA: Qızılcanın diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

İTSDA: Qızılcanın diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

Qızılca, əsasən, uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin müxtəlif hissələrində qaşınma, öskürək və yüksək hərarət, burun axması, gözlərdə qızartı və yüksək temperaturun ardından üzdən başlayaraq bədənin qalan hissəsinə doğru yayılan səpkilərlə özünü büruzə verir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qızılcanın diaqnostika və stasionar müalicəsi üçün geniş çeşiddə tibbi xidmətlər təminata alınıb. Xəstəliyin diaqnozu, əsasən, klinik əlamətlər əsasında qoyulur, lakin dəqiq diaqnozun təsdiqi üçün bir neçə laborator analiz tətbiq oluna bilər. Həmin analizlər arasında Anticisim Rubella seroloji testi, PCR (Polymerase Chain Reaction) testləri və qızılca virusunun antikorlarını yoxlamaq üçün İgG və İgM testləri icbari tibbi sığorta hesabına qarşılanır.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər hallarda qızılca yüngül bir xəstəlik kimi keçsə də, bəzən ciddi ağırlaşmalara yol aça bilər. Qızılca, xüsusən immuniteti zəif olan, yaşlılar, uşaqlar və hamilələrdə daha ciddi fəsadlara səbəb ola bilər. Həmin ağırlaşmalar arasında ağciyər iltihabı (pnevmoniya), beyin iltihabı (encefalit), baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı (encefalomielit), qulaq infeksiyası (orta otit), meningit, qusma, bağırsaq, ürək problemləri, göz iltihabı (keratit), konyuktivit və digər diaqnozlarla müşayiət olunan xəstəliklərə rast gəlinə bilər. Tibbi göstərişə əsasən qızılcanın ağırlaşması zamanı qeyd olunan xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar həmin xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator analizlər, instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, qızılcanın daha çox ağırlaşmasına səbəb ola biləcək risk faktorları arasında vitamin A çatışmazlığı, immun sisteminin zəifliyi, digər xroniki xəstəliklər və yaş amili yer alır. Həmin ağırlaşmaların qarşısını almaq üçün erkən müdaxilə vacibdir. Qızılcaya qarşı ən güclü müdafiə üsulu QPM peyvəndidir (qızılca, parotit, məxmərək peyvəndi). Bu peyvənd 1 və 6 yaşlarda iki doza şəklində icbari tibbi sığorta hesabına vurulur və yüksək effektivliyə malikdir.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərin izolyasiyası, şəxsi gigiyena qaydalarına ciddi riayət və erkən tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. Əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri