Icma.az
close
up
RU

Aralarında vəzifəli şəxslərin olduğu dəstənin qaçaqmalçılıqla bağlı cinayət işi məhkəməyə göndərildi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Baş Prokurorluq tərəfindən iqtisadi sahədə qanunvericiliyin tələblərinə riayət olunması, gömrük işi sahəsində şəxslərin hüquqlarının qorunması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq müvafiq tədbirlər görülür.

Bu tədbirlərin davamı olaraq qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan Respublikası vətəndaşları - "Karvan 313" və "Tvins" məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə "Qırmızı Körpü" gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (qanunsuz hərəkətlərə görə rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3, 213-1.4-cü (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və digər maddələri ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bundan başqa, "Karvan 313" və "Tvins" MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see201

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see199

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see151

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see148

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see139

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see135

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see134

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see132

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see131

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see130

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see130

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see128

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see125

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see121

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see121

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri