Icma.az
close
up
RU
Araqçının salondan çıxması daha çox daxili auditoriyaya hesablanıb ŞƏRH

Araqçının salondan çıxması daha çox daxili auditoriyaya hesablanıb ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İran rəhbərliyi davamlı sərt ritorik bəyanatlarından sonra ABŞ-la birbaşa dialoq görüntüsünün ölkə daxilində yarada biləcəyi reaksiyaları nəzərə almağa məcburdur

İran və ABŞ, Qətər və Pakistanın vasitəçiliyi ilə 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb və gələcək texniki danışıqlar üçün xüsusi mexanizm yaradıblar.

Qətər və Pakistan Xarici İşlər nazirliklərinin İsveçrənin Bürgenştok şəhərində keçirilən yüksək səviyyəli danışıqların birinci mərhələsinin yekunlarına dair birgə bəyanatında bildirilib ki, görüşlər müsbət və konstruktiv atmosferdə keçib. Bununla paralel olaraq, prosesin koordinasiyası və təhlükəsizlik, o cümlədən sanksiyalar və nüvə proqramı kimi həssas məsələlərin müzakirəsi üçün yeni işçi qruplar formalaşdırılıb. Bundan əlavə, mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaq üçün xüsusi rabitə xətti yaradılıb. Bu xəttin əsas vəzifələrindən biri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək olacaq. Tərəflər həmçinin Livanla birlikdə ölkə ərazisində hərbi əməliyyatların dayandırılması rejiminə nəzarət edəcək xüsusi koordinasiya qrupu yaratmaq barədə razılığa gəliblər. Bütün istiqamətlər üzrə texniki məsləhətləşmələr həftənin sonuna qədər Bürgenştokda davam edəcək. Vasitəçilər İran və ABŞ arasında yekun sazişin əldə olunması üçün danışıqlara dəstəyi davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, tərəflər arasında yaranan diplomatik gərginlik dünya mediasının diqqətindən kənar qalmayıb. "Haber Global"ın məlumatına görə, İranı təmsil edən XAN başçısı Abbas Araqçı və Məclis spikeri Qalibaf görüşün keçirildiyi salonda ABŞ heyətinin üzvləri Vens, Vitkof və Kuşner ilə görüşməyiblər. Araqçı Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdükdən sonra ABŞ heyətinə məhəl qoymadan salondan çıxıb.

Yaşanan gərginlik fonunda ABŞ- İran arasındakı danışıqlar prosesini şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, mediada qabardılan jestlərə və protokol gərginliyinə baxmayaraq, hazırkı mərhələdə danışıqların tam dayanması ehtimalı münasibətlərin yenidən kəskin eskalasiyasından daha aşağıdır. Deputatın sözlərinə görə, tərəflərin hər ikisinin masadan qalxmasının siyasi və iqtisadi qiyməti kifayət qədər yüksək ola bilər:

“Araqçının ABŞ nümayəndə heyəti ilə birgə görüntüdən yayınması və ya salondan çıxması daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi görünür. İran rəhbərliyi davamlı sərt ritorik bəyanatlarından sonra ABŞ-la birbaşa dialoq görüntüsünün ölkə daxilində yarada biləcəyi reaksiyaları nəzərə almağa məcburdur. Xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələlərində geri çəkilmə olsa da belə, bununla bağlı ictimai rəydə təəssürat yaratmaq Tehranı müharibədən daha çox narahat edən amildir. İran rejimi daxili “xarizması”na dəyə biləcək ziyandan daha çox narahat olur, nəinki prosesin real mahiyyətindən...  

Eyni zamanda nəzərə almaq lazımdır ki, İsveçrədəki görüşlər tamamilə uğursuz olmayıb. Pakistanın Baş naziri Şahbaz Şərif danışıqların konstruktiv keçdiyini, 60 günlük yol xəritəsi üzərində razılığın əldə olunduğunu və texniki danışıqların davam etdiriləcəyini açıqlayıb”. 

E. Mirzəbəylinin fikrincə, bundan sonra tərəflər ictimai müstəvidə sərt bəyanatlar verməyə davam edəcəklər, lakin Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edəcək:

“ABŞ nüvə proqramı və regional təhlükəsizlik məsələlərində konkret öhdəliklər tələb edəcək, İran isə sanksiyaların yumşaldılması və maliyyə aktivlərinin açılması məsələsini ön plana çəkəcək. Bu ssenarinin reallaşma ehtimalını daha yüksəkdir. Nəticə olaraq, Araqçının davranışını danışıqların bitməsi kimi yox, danışıqlarda mövqe nümayişi və psixoloji təzyiq elementi kimi qiymətləndirərdim. Diplomatiyada bəzən birgə fotoşəkildən imtina etmək masa arxasından qalxmaq demək deyil. Əksinə, hazırkı mərhələdə görünən odur ki, tərəflər bir-birinə etibar etməsələr də, hələlik alternativlərinin münaqişə olduğunu bildikləri üçün dialoq kanalını açıq saxlamağa çalışırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyun 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri