Icma.az
close
up
RU
Ararat Mirzoyanın vurğuladığı 3 məqam

Ararat Mirzoyanın vurğuladığı 3 məqam

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İrəvan sülh istəyirsə...

Deməli, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında əsasən üç məsələ barədə söz açıb. Həmin məsələləri diqqətə çatdıracaq və onlarla əlaqədar fikrimizi bildirəcəyik.

Birincisi, erməni XİN rəhbəri Azərbaycanla sülh prosesindən danışarkən deyib ki, ölkəsi konstitusiya dəyişikliyi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməyib. Əlbəttə, Mirzoyan haqlıdır. Ermənistan rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü ATƏT-in Minsk qrupunun ləğvi barədə şərt irəli sürəndə də bu tələbi yerinə yetirmək kimi öhdəlik götürməmişdi. Amma məlum olduğu kimi, hər şey Azərbaycanın bəyan etdiyi kimi oldu. Yeri gəlmişkən, deyək ki, E.Voltonen qrupun bu il dekabrın 1-də fəaliyyətini rəsmən dayandıracağını bildirib.

Belə düşünmək olar ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi də eyni qaydada həllini tapmalıdır. Mirzoyana məsələni ölkəsinin öhdəlik götürməməsi şəklində izah xoşdursa, buyursun. Azərbaycan üçün prosesin özü maraqlıdır. Yəni rəsmi Bakıya lazımdır ki, Ermənistan konstitusiyası İstiqlaliyyət Bəyannaməsi kimi işğalçı mahiyyətə söykənmiş sənədə istinad etməsin, ümumən erməni dövlətinin sənədlərində Azərbaycana qarşı ərazi iddiası motivi yer almasın.

İkinci məqama keçid alaq. Mirzoyan “Azərbaycanda saxlanılan erməni əsirlərin” azad olunacağına ümid etdiyini bildirib. Əvvəla, söhbət erməni əsirlərdən getmir. Əsir müharibə dövründə olur. Bakıda məhkəməsi gedən şəxslər isə bu kateqoriyada dəyərləndirilə bilməzlər. Onlar cinayətdə şübhəli bilinirlər. Ermənistan ərazisində də cinayət törətmiş azərbaycanlılar ola bilər. İndiki durumda bu hal ona görə müşahidə edilmir ki, heç bir azərbaycanlı Ermənistan dövlətinin ərazisində separatçı rejim yaratmamışdı. Yəni, motiv bəllidir və yaxşı olar ki, Mirzoyan məsələləri bir-birinə qarışdırmasın. Çünki belə davranmaq sülh prosesinə tamamilə ziddir. Üstəlik, Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin olmamasının vəziyyəti çətinləşdirdiyinə dair ritorikanın təbliğinin də İrəvana hansısa faydası olmayacaq. Bunu hamıdan əvvəl Mirzoyan bilməli olduğu halda, təəssürat yaranır ki, o, məsələnin fərqində deyil, yaxud ciddiliyini anlamaq qabiliyyətindən uzaqdır. Onu da deyək ki, vaxtilə Ermənistan hakimiyyəti Qarabağdan köçmüş ermənilərin geri qayıdışı mövzusunu da prioritet sayırdı. Rəsmi İrəvanın nümayəndələri necə ki, indi məsələdən söz düşəndə bunu mümkünsüz, hətta təhlükəli adlandırırlar, Azərbaycan ərazilərində çoxsaylı cinayətlərdə şübhəli bilinən şəxslərin azadlığa buraxılmaları gündəmə gətirmək də eyni məzmun daşıyır.

Üçüncü məqamdan söz açarkən bildirək ki, Mirzoyanın dedikləri əslində, məlum məsələlərdir. Məsələn, o, “Tramp marşrutu”nun erməni-amerikan müştərək şirkəti tərəfindən inşa ediləcəyini vurğulayıb. Aydındır ki, bu məqam avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezident Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə də əksini tapıb. Aydın olmayan Mirzoyanın vurğunu marşrut işə düşərkən Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının mümkünsüzlüyü üzərinə qoymasıdır. Yəni yaxşı olar ki, rəsmi İrəvan belə deyimləri tarixin arxivinə göndərib konkret işə keçsin, regional kommunikasiyaların tez bir zamanda açılmasına çalışsın. Nəzərə alsın ki, sülhün başlıca komponenti məhz budur.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri