Icma.az
close
up
RU
AYNA beynəlxalq yükdaşıma sektorunda 500 yeni sürücü hazırlayacaq

AYNA beynəlxalq yükdaşıma sektorunda 500 yeni sürücü hazırlayacaq

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub.

525.az xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib.

Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki, milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu kimi faktorlar önəm kəsb edir.

Qeyd olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.

Layihə çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə tutulub.

Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib.

Görülən tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə çatıb, "İcazə" blanklarının (xüsusilə də "xüsusi defisit") bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır. Vurğulanıb ki, bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını təmin edən sahibkarlıqdan söhbət gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri