Araşdırma fast food ilə zehni sağlamlıq arasındakı əlaqəni təsdiqləyir...
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Beynəlxalq bir alim qrupu həyəcan təbili çalır: ultra emal olunmuş qidaların həddindən artıq istehlakı birbaşa zəif zehni sağlamlıqla əlaqəlidir.
Bu nəticəyə tədqiqatçılar altmış ölkədən təxminən 400.000 respondentin məlumatlarını araşdırdıqdan sonra gəliblər.
SİA xəbər verir ki, bu genişmiqyaslı təhlilin nəticələri Frontiers in Nutrition jurnalında dərc edilib.
Tədqiqat 2023-cü ildə aparılan beynəlxalq bir sorğunun məlumatlarına əsaslanır.
Bu sorğuda iştirakçıların zehni vəziyyəti, o cümlədən emosional vəziyyəti və idrak funksiyalarını idarə etmək qabiliyyəti qiymətləndirilib.
İştirakçılar həmçinin qidalanmaları, xüsusən də ultra emal olunmuş qidaları nə qədər tez-tez istehlak etdikləri barədə məlumat veriblər.
Təhlil, gəlir səviyyəsi, fiziki fəaliyyət, keçmiş travma və stresli vəziyyətlər kimi zehni sağlamlığa təsir edə biləcək çoxsaylı amilləri nəzərə alıb.
Tədqiqatın nəticələri aydındır: ultra emal olunmuş qidaların müntəzəm istehlakı psixoloji rifaha mənfi təsir göstərir.
Bu, depressiya simptomlarının artmasında, emosiyaların idarə olunmasında çətinliklərdə və diqqətin azalmasında özünü göstərir. Riyazi modellərdən istifadə edərək, alimlər dünya miqyasında ultra emal olunmuş qidaların istehlakı ilə əlaqəli ola biləcək ruhi pozğunluqların nisbətini qiymətləndiriblər. Məlum olub ki, dünya əhalisinin 3,4 faizdən 7,8 faizə qədəri fast food və emal olunmuş qidalara olan sevgisi ilə bağlı ciddi psixoloji problemlərlə üzləşə bilər.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















