Icma.az
close
up
RU
Araşdırma: Müdrikliyin əsrlərboyu dəyişməyən 6 əsas prinsipi

Araşdırma: Müdrikliyin əsrlərboyu dəyişməyən 6 əsas prinsipi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 oktyabr, AZƏRTAC

Müasir dövrədək deyilmiş mindən çox hikmətli kəlamın təhlili göstərib ki, müxtəlif mədəniyyətlərdə və fərqli dövrlərdə formalaşan müdriklik anlayışı bir sıra ortaq prinsiplərə əsaslanır.

AZƏRTAC xəbər verir ki, “Psychology Today” nəşrinin yaydığı məlumata görə, iki min ildən artıq müddətdə müdriklik haqqında söylənilən fikirlər bu anlayışın yalnız bilik və intellektlə məhdudlaşmadığını göstərir. Əsas məsələ insanın özünə, başqalarına və həyata necə yanaşmasıdır.

“Psychology Today” nəşrinə görə, birinci prinsip intellektual təvazökarlıqdır.

Müdrikliyin əsas xüsusiyyətlərindən biri insanın öz biliyinin sərhədlərini dərk etməsi, yeni fikirlərə açıq olması və öyrənməyə davam etməsidir. Qədim yunan filosofu Sokratın “Yeganə həqiqi müdriklik heç nə bilmədiyini dərk etməkdir” fikri də bu yanaşmanı ifadə edir. İnsan daha çox öyrəndikcə, bilmədiklərinin miqyasını daha dərindən anlayır.

İkinci prinsip isə çətinliklərdən inkişaf üçün istifadə etmək, yəni çətinlikləri fürsətə çevirməkdir. Müdriklik yalnız rahatlıq və uğur dövrlərində formalaşmır. Çətinliklər, səhvlər və uğursuzluqlar insana həm özünü, həm də həyatı daha yaxşı anlamaq imkanı verir.

Üçüncü prinsip zaman və təcrübənin əhəmiyyəti ilə bağlıdır. Uzun illərin təcrübəsi insana həyatın mürəkkəbliyini anlamaq, ümumi qaydalarla istisnaları bir-birindən ayırmaq bacarığı qazandırır. Amerikalı hüquqşünas və hakim Oliver Vendell Holmsun sözləri ilə desək: “Gənclər qaydaları bilir, yaşlılar isə istisnaları”.

Dördüncü prinsipə gəlincə, o, emosiyaları və davranışları idarə etmək bacarığından ibarətdir. Müdrik insan hisslərinin, qorxularının və ani istəklərinin təsiri altına düşmədən, fikirləşmədən qərar vermir. O, təmkinli olmağa, cəsarət göstərməyə və özünü idarə etməyə çalışır. Bu xüsusiyyət gündəlik həyatda diqqətlə dinləmək, danışmazdan əvvəl düşünmək və lazım gəldikdə susmağı bacarmaqla özünü göstərir. Burada susmaq insanlardan uzaqlaşmaq deyil, vəziyyəti daha yaxşı anlamaq üçün düşünməyə vaxt ayırmaqdır.

Beşinci prinsipdə ağıl və mərhəmət arasında tarazlıq əsas götürülür. Müdrik insanlar qərar verərkən yalnız məntiqə deyil, həm də humanist amillərə diqqət yetirirlər. Onlar başqalarının hisslərini və ehtiyaclarını nəzərə alır, sadə şeylərin dəyərini anlayır və maddi qazanc, eləcə də gündəlik qayğılarla həddindən artıq məşğul olmaqdan uzaq durmağa çalışırlar.

Altıncı prinsip ömür boyu öyrənmək və qorxunu aşmaq bacarığıdır. Burada Albert Eynşteynə aid edilən fikri qeyd etmək yerinə düşər: “Müdriklik məktəb təhsilinin nəticəsi deyil, onu əldə etmək üçün ömür boyu davam edən səylərin bəhrəsidir”. Britaniyalı filosof Bertran Rassel isə qorxunu məğlub etməyin müdrikliyə aparan yolun başlanğıcı olduğunu vurğulayıb.

Araşdırmanın gəldiyi nəticəyə görə, müdriklik dəyişməz cavablar və ya hazır həqiqətlər toplusu deyil. Bu, insanın öyrənməyə, düşünməyə və dəyişən şəraitə uyğunlaşmağa davam etdiyi bir prosesdir. Təvazökarlıq, təcrübələrdən nəticə çıxarmaq, emosiyaları idarə etmək və ağıl ilə qəlb arasında tarazlıq yaratmaq müdrik həyatın əsasını təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri