Icma.az
close
up
RU
Arayış almaq üçün 3 poliklinikaya, 20 həkimə getdik Jurnalist TƏBİB i sərt tənqid etdi

Arayış almaq üçün 3 poliklinikaya, 20 həkimə getdik Jurnalist TƏBİB i sərt tənqid etdi

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Jurnalist Ramilə Qurbanlı TƏBİB-i sərt təqnid edib.




Medicina.az xəbər verir ki, o, övladına sağlamlıq haqqında arayış almaq üçün 3 poliklinikaya, 20 həkimə müraciət etməli olduğunu bildirib:

"Birində analiz-filan verdik, göndərdilər ikinciyə ki, sistemə orda vurulmalıdır. Gedib orda həkimlərdən də keçməli idik, getdik, birindən keçdik, ikincidən, üçüncü üçün dedilər üçüncü xəstəxanaya getməlisiniz. Tüstülənmədimmi? İşdən 1 saatlıq icazə almışam, çünki uşaq özü o qədər məsafəni ictimai nəqliyyatla bir günə qət edə bilməz. Biri şəhərin bir başında, digəri o biri, üçüncü daha da uzaq. Bir sağlamlıq arayışı üçün daha nə qədər məsafə qət etməli, neçə kabinetə girib, nə qədər həkimlə cəhləşməliyik? Biri deyir indi əlimdə işim var, günortadan sonra gəl, o biri ümumiyyətlə yerində yoxdur".


Jurnalist yaradılan sistemin işləmədiyini, insanları boğaza yığıldığını vurğulayıb:

"Sahə poliklinikasına gedib 20 manat verib bir dəqiqənin içində həll etdiyim vaxtlar üçün qəribsədim. Bu nə sistemdir yaratmısınız? Məqsədiniz nədir? Niyə öz poliklinikamızdan ala bilmirik bu arayışı? Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik? Sistem niyə hər bir poliklinikanın özündə deyil? Uşaq qəbul alıb, getməlidir, vaxt dardır, amma günlərlə arayış arxasınca qaçmalıdır? Mən jurnalist olduğum üçün yaxşı adamlar çox sağ olsunlar, köməklik etdilər, həkimləri səfərbər edib süründürməçiliyin qarşısını aldılar, bəs, binəva millət necə eliyir, neçə günə, hansı zülmlərlə alır o arayışı? Yazıq deyilmi insanlar? Xəbəriniz varmı, o sistem əlindən həkimlər özləri intiharlıq olublar? Hamı boğaza yığılıb. Qanun belədir deyə işlətdiyiniz bu nə sistemdirsə özünü doğrultmur, ziyanlıdır, niyə sırıyırsınız bizə? Bir sağlamlıq arayışına görə uşaqlı-böyüklü əsəb sistemimiz sıradan çıxacaqsa..., üzrlü sayın, heç kimə lazıım deyil o sistem".


R.Qurbanlı əlavə edib ki, sistem dəyişməlidir:

"Zəhmət çəkin, dəyişin qaydalarınızı, yaratdığınız sistem insanların sağlamlığına və rahatlığına xidmət etsin, asanı qəlizləşdirib "hər şey sizin məmnuniyyətiniz üçün" deməklə gözdən pərdə asmayın!"

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 30 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri