Icma.az
close
up
RU
Arayış uğrunda təcrübə: kimlər praktikadan azad olunmalıdır?

Arayış uğrunda təcrübə: kimlər praktikadan azad olunmalıdır?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ali təhsil sistemində istehsalat təcrübəsi, nəzəri biliklərin praktik bacarıqlara çevrilməsi üçün zəruri mərhələ kimi nəzərdə tutulsa da, tətbiq olunma mexanizmlərindəki uyğunsuzluqlar bu prosesin keyfiyyətini ciddi şəkildə sual altına alır. Xüsusilə artıq işləyən və ixtisası üzrə təcrübə toplayan tələbələrin, paralel olaraq əlavə və tez-tez əlaqəsiz müəssisələrdə praktikaya yönləndirilməsi, bu mexanizmin səmərəliliyini daha da azaldır.

Təcrübə məzmununun deyil, yalnız arayışın önə çıxarıldığı bu praktika yanaşması həm tədrisin, həm də gənc mütəxəssisin inkişaf imkanlarının formal tələblərə qurban getdiyini göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Elmin Nuri qeyd edib ki, tələbələrlə bağlı bu və ya digər qəlibdən olan məsələlər hər hansı vahid nizamnamə, qanun toplusu tərəfindən deyil, universitetin özünün müəyyən etdiyi qaydalar əsasında tənzimlənir:

“Məsələn, X universitet tələbələrinin istehsalat təcrübələri, onun qayda və tətbiq mexanizmləri ilə bağlı sərbəst qərarvermə hüququna malikdir. Bu məsələdə, universitetin rəhbər heyəti, ən sonda rektor hər hansı müstəqil qərar verib, müəyyən dəyişikliklər və əlavələri tətbiq edə bilir. Bunu nəzərə alaraq, biz hazırda ölkə üzrə IV kursda oxuyan bütün tələbələrlə bağlı adıçəkilən məsələdə hər hansı yekdil qərarın verilməsi ilə bağlı müsbət nəsə deyə bilmərik”. 

E. Nurinin sözlərinə görə universitet özü bu istiqamətdə ayrıca tədqiqat aparmalı, dəyərləndirmə həyata keçirməli, istehsalat təcrübələrinin önəmliliyi, nə dərəcədə vacibliyi ilə bağlı təhlillər aparmalı və sonda bütün bunların nəticəsi olaraq hər hansı yeniliyi tətbiq etməlidirlər:

“Məsələn, hazırda bir çox universitet fərqinə varmalıdır ki, oxuduğu kursdan asılı olmayaraq onun tələbələrinin iştirak etdiyi istehsalat təcrübəsi formal xarakter daşıyır. Əgər belədirsə, o zaman bununla bağlı nə üçün səmərələşdirici addımlar atılmır?! Əksinə, formal və ya qeyri-formallıq zərrə qədər nəzərə alınmadan IV kurs sonunda artıq məzun olmağa hazırlaşan tələbələrdən tələb olunan göstəricilərdən biri də məhz istehsalat təcrübəsində iştirakla bağlı müəssisədən təqdim olunan arayışdır. O arayış olmadığı təqdirdə tələbə yekun dövlət imtahanı, yaxud diplom müdafiəsinə buraxılmır ki, bu da onun təhsil həyatı üçün həddindən artıq risk hesab olunmalıdır. Bu qadağanı tətbiq edən universitet özü bu neçə il ərzində tələbələrinin iştirak etdiyi istehsalat təcrübələrinin nə dərəcədə vacibliyi barəsində monitorinq aparıbmı? İstehsalat təcrübələri sayəsində neçə faiz tələbəsinin işlə təmin olunma ehtimalı ilə bağlı statistik təhlilləri varmı? 

Təhsil eksperti sonda qeyd edib ki, bütün bu göstəricilər olmadığı halda, tələbə üçün istehsalat təcrübəsi yalnız bir parça yazılı sənəddən başqa bir şey ola bilməz. Bu həm zaman itkisi, həm də böyük motivasiya geriləməsidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri