Icma.az
close
up
RU
Rafael Ağayev Azərbaycandan gedir? Özü açıqladı

Rafael Ağayev Azərbaycandan gedir? Özü açıqladı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İdmançıya dəyər verilmir” dedikdə bəzi kəslər elə bilirlər ki, mən maddiyyatı nəzərdə tuturam, amma hər şey pul deyil. Adi dərmanla bağlı açıqlama verdikdən sonra istər Azərbaycan, istər ABŞ, istərsə də digər ölkələrdən nə qədər adam yazıb ki, dərman alıb göndərək, həkimlər pulsuz müalicə təklif ediblər. İzah etmişəm ki, dərman məsələsi çoxdan olub, açıqlamanı indi vermişəm. Allaha şükür, pulum var, ala bilərəm, dostlarım da dəstək olar. Sadəcə, bu, federasiyanın idmançıya etməli olduğu işdir”.

Bu sözləri Globalinfo.az-a 5 qat dünya, 11 qat Avropa çempionu, tanınmış karateçi Rafael Ağayev deyib.

Onun fikrincə, federasiyada ciddi problemlər var:

“Mənim orada vəzifəyə gəlməyimlə dünya çempionu yetişməyəcək. Hətta 5 Rafael Ağayev də gəlsə, iş düzəlməyəcək. Orada köklü təmizlənmə getməlidir. Məsələn, Avropa çempionatında bir uşaq uduzanda onu kənara atırlar. Nə qədər rayon uşaqları var, onlara dəstək olmaq, kirayə haqqını ödəmək, üzərində işləmək lazımdır ki, sabah bir idmançımız zədə alanda onu həmin şəxsin yerinə qoymaq mümkün olsun”.

Rafael Ağayev başqa ölkəyə gedib-getməyəcəyi məsələsinə də aydınlıq gətirib:

“Son iki ayda təkliflər olub. Avropadan, digər ölkələrdən təkliflər alıram. Sonuncu dəfə dünyada top beşlikdə olan İordaniya komandasına baş məşqçi kimi dəvət almışam. Lakin bu gün hələ ki təklifləri qəbul etmirəm. Gözləyirəm, görək, nəsə dəyişəcəkmi. Dəyişməsə də, Allah kərimdir”.

Xatırladaq ki, Rafael Ağayevin Azərbaycan Karate Federasiyası ilə yaşadığı gərginliklə bağlı açıqlaması böyük rezonans yaradıb. O bildirib ki, federasiya idmançıların sözünü boğur, çıxışlarını və haqlı tələblərini nəzərə almır. Ağayev zədələrə baxmayaraq yarışlara çıxmalı olduğunu, müalicə üçün lazım olan dəstəyi tələb edərkən isə “Sən bizi bezdirmisən” cavabını aldığını açıqlayıb. Həmçinin qazanılan mükafat pullarının paylaşılmasını tənqid edib və idmançıların hazırlıq prosesi zamanı dəstək görmədiyini vurğulayıb.

İddialarla bağlı Azərbaycan Karate Federasiyasına sorğu ünvanlamışıq.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri