Araz Məmmədovun vəziyyəti ağırlaşıb Aparata qoşulub KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ bülbülləri” ansamblının üzvü, xanəndə Araz Məmmədovun səhhəti kəskin pisləşib.
KONKRET.az xəbər verir ki, xanəndənin həyat yoldaşı Xatirə Əliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, Araz Məmmədov böyrək çatışmazlığından əziyyət çəkir.
Onun sözlərinə görə, xanəndə oktyabrın 2-də infarkt keçirib və ürəyinə üç stent qoyulub. Sonradan vəziyyəti ağırlaşıb, ağciyərlərində maye toplanıb.
“Dünən reanimasiyadan çıxarılmışdı. Bu gün isə vəziyyəti yenidən pisləşib və hazırda aparata qoşulub”, deyə Xatirə Əliyeva bildirib.
O, həyat yoldaşının müalicəsi ilə bağlı çətinliklər yaşadıqlarını da qeyd edib. Xatirə Əliyevanın sözlərinə görə, Araz Məmmədovun dializ proseduru üçün başqa xəstəxanaya aparılmasına ehtiyac var, lakin bunun təşkili mümkün olmur.
“Araz özəl xəstəxanada dializ olunmalıdır. Amma mərkəz imtina edir, aparmır. Deyirlər ki, təcili yardımı özünüz təşkil edin. Bizim isə buna imkanımız yoxdur. Dövlətdən dəstək istəyirik. Arazın dövlət xəstəxanalarının birində dializ olunmasını istəyirik. Dövlət xəstəxanalarında dializ olunması üçün Araz özü getməlidir. Amma o, yerindən qalxa bilmir”, deyə Xatirə Əliyeva bildirib.
Qeyd edək ki, xanəndə Araz Məmmədov Xalq artisti Arif Babayevin və Əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 Oktyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















