Icma.az
close
up
RU
İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı

İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İranda yanacaq təchizatında yaranan problemlər səbəbindən elektrik enerjisinin verilişi məhdudlaşdırılıb. Bölgələr üzrə fərqlənən fasilələr gündə iki saata çata bilər.

BAKU.WS xəbər verir ki, elektrik kəsintiləri noyabrın 22-dən tətbiq olunur. İran Milli Elektrik Şirkətinin rəhbəri Məhəmməd Allahdad məhdudiyyətləri yanacaq təchizatındakı problemlərlə əlaqələndirib. Prezident Məsud Pezeşkian isə qaz infrastrukturuna hücumların qış aylarında təchizatla bağlı çətinlikləri artırdığını bildirib.

"Əl-Cəzirə"nin məlumatına görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə üçüncü yerdədir. Ölkədə elektrik enerjisinin təxminən 86 faizi təbii qazla işləyən stansiyalarda istehsal olunur. Qaz çatışmazlığı səbəbindən bəzi stansiyalar dizel və mazutdan istifadəyə keçib.

İran Milli Qaz Şirkətinin baş direktoru Səid Təvəkkülinin sözlərinə görə, ABŞ və İsrailin fevralın 28-də başladığı hücumların ilk mərhələsində dörd qaz emalı müəssisəsi zədələnib. Nəticədə sutkalıq 230 milyon kubmetr emal gücü sıradan çıxıb. Bunun təxminən 100 milyon kubmetrlik hissəsi bərpa edilib. Qalan gücün tam bərpası 2028-ci ilədək çəkə bilər.

Enerji mütəxəssisləri bildirirlər ki, uzun illər davam edən sanksiyalar sektorun maliyyə və texnologiyaya çıxışını məhdudlaşdırıb. Köhnəlmiş infrastruktur və artan istehlak da enerji təchizatındakı problemləri dərinləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri