Qalatasaray ın futbolçuları vaxt aparırdılar Emeri
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Aston Villa" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun oyununda səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri qarşılaşmadan sonra açıqlama verib. İspaniyalı mütəxəssis komandasının birinci hissədə yaxşı oynadığını deyib:
"Qalatasaray"a qarşı oynamaq çətindir. Davamlı şəkildə pressinq edirlər. Azarkeşlər də komandaya çox dəstək olurlar. Bu stadionda oynamaq asan deyil. Birinci hissədə çox yaxşı iş gördük. Çünki onları dayandıra bilirdik. Topa nəzarət və epizodlarda üstünlük bizdə idi. Rəqibin hücumlarının qarşısını aldıq.
İkinci hissədə hücumda eepizodlar yarada bilmədik. "Qalatasaray" qol vurduqdan sonra artıq futbol oynamaq mümkünsüz hala gəlmişdi. Rəqib oyunçular vaxt aparırdılar. Hakim əsas vaxta cəmi 5 dəqiqə əlavə etdi. Hakimin ədalətli davrandığını düşünmürəm. Onu günahlandırmıram, amma bunları demək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Noyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















