Icma.az
close
up
RU
Dişlər öz özünə bərpa olunacaq Mühüm kəşf

Dişlər öz özünə bərpa olunacaq Mühüm kəşf

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələcəkdə çürümüş və zədələnmiş dişlərin müalicəsi üçün qazma və ənənəvi plomb üsullarına ehtiyac azala bilər. ABŞ alimləri diş toxumasının təbii yolla bərpasına kömək edə biləcək xüsusi zülal üzərində araşdırmalara başlayıblar. Yeni texnologiyanın uğurlu olması stomatologiyada mühüm dəyişikliklərə yol aça bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın İllinoys Universitetinin Çikaqo kampusunun (UIC) Stomatologiya Kollecinin ağız biologiyası kafedrasının professoru Enn Corcun rəhbərlik etdiyi tədqiqatda dişlərin özünü bərpa etməsinə imkan yarada biləcək mexanizmlər araşdırılır.

Alim bu istiqamətdə tədqiqatlarını davam etdirmək üçün ABŞ Milli Sağlamlıq İnstitutlarının nəzdində fəaliyyət göstərən Milli Stomatoloji və Kəllə-Üz Tədqiqatları İnstitutundan 1,2 milyon dollar qrant alıb.

Araşdırmanın əsas məqsədi diş toxumasının formalaşmasında iştirak edən dentin fosfoforini adlı zülalın xüsusiyyətlərini öyrənməkdir.

Dişlərin bərpasında mühüm rol oynayan zülal aşkar edilib

Dentin fosfoforini əsasən diş minasının altında yerləşən dentin toxumasında olur.

Dentin dişin əsas hissəsini təşkil edən minerallaşmış toxumadır. Bu zülal dentinin formalaşması zamanı kalsium minerallarının toplanmasına və toxumanın möhkəmlənməsinə kömək edir.

Alimlərin sözlərinə görə, dentin fosfoforini təbiətdə məlum olan ən turş xassəli zülaldır.

Professor Enn Corc bildirib ki, dişin daxilindəki hüceyrələrin kalsiumla zəngin mühitdə necə sağ qalması alimlər üçün xüsusi maraq doğurur.

Onun sözlərinə görə, dentin yaradan odontoblastlar və diş pulpasında yerləşən yetkin kök hüceyrələr belə mühitdə fəaliyyətini davam etdirə bilir.

Tədqiqatçılar hesab edirlər ki, dentin fosfoforini bu hüceyrələrin qorunmasında mühüm rol oynaya bilər.

Əsas məqsəd zülalın hüceyrələri necə qoruduğunu və onların yeni diş toxuması yaratmaq qabiliyyətini necə saxladığını müəyyənləşdirməkdir.

Diş hüceyrələrinin özünü təmizləmə mexanizmi araşdırılır

Yeni tədqiqat çərçivəsində alimlər autofagiya adlanan hüceyrədaxili prosesə xüsusi diqqət yetirəcəklər.

Autofagiya hüceyrələrin öz daxilindəki köhnəlmiş və zədələnmiş hissələri parçalayaraq yenidən istifadə etməsi prosesidir.

Professor Enn Corc bu mexanizmi tullantıların toplanması və təkrar emalı ilə müqayisə edib.

Onun sözlərinə görə, autofagiya hüceyrələrin sağlam qalmasına kömək edən təbii müdafiə sistemidir. Dişin yumşaq və canlı daxili hissəsi olan pulpada bu proses xüsusilə iltihab və zədələnmə zamanı mühüm rol oynaya bilər.

Kalsium diş və sümük toxumalarının formalaşması üçün vacib olsa da, onun yüksək miqdarı hüceyrələrdə stress yarada bilər.

Alimlər hesab edirlər ki, dentin fosfoforini pulpadakı kök hüceyrələrin bu şəraitə uyğunlaşmasına, sağ qalmasına və dentin yaradan hüceyrələrə çevrilməsinə kömək edir.

Gələcəkdə dişləri plombsuz müalicə etmək mümkün olacaq?

Professor Enn Corcun sözlərinə görə, hazırda stomatoloji müalicələrin əsas məqsədi kariyes nəticəsində zədələnmiş toxumaları təmizləmək və çürümənin yayılmasının qarşısını almaqdır.

Ənənəvi müalicə zamanı dişin zədələnmiş hissəsi qazılaraq çıxarılır və yaranan boşluq süni plomb materialı ilə doldurulur. Lakin bu üsul itirilmiş təbii diş toxumasını yenidən yaratmır. Alimlər isə fərqli yanaşma üzərində işləyirlər. Onların məqsədi xüsusi zülallardan istifadə etməklə dişin daxilində dentin toxumasının yenidən formalaşmasını təmin etməkdir.

Professor bildirib ki, tədqiqatçılar həmin zülalları diş boşluğuna yerləşdirilən xüsusi dayaq materialları ilə birlikdə tətbiq etməyin mümkün olub-olmadığını öyrənmək istəyirlər.

Belə üsul gələcəkdə dişin canlı toxumasının qorunmasına, kariyesin yayılmasının qarşısının alınmasına və dişin funksiyasının saxlanmasına kömək edə bilər.

Alimlər insan hüceyrələri üzərində təcrübələr aparacaqlar

Tədqiqat çərçivəsində insan dişlərinin pulpasından əldə edilən kök hüceyrələr laboratoriya şəraitində araşdırılacaq. 

Bununla yanaşı, heyvan modellərindən də istifadə olunacaq. Məqsəd hüceyrələrin özünü qorumasını, yenilənməsini və yeni toxuma yaratmasını idarə edən molekulyar mexanizmləri müəyyənləşdirməkdir.

Professor Enn Corc uzun illərdir biominerallaşma prosesini araşdırır. Bu proses orqanizmdə diş və sümük kimi minerallaşmış toxumaların yaranmasını təmin edir.

Onun əvvəlki tədqiqatları dentin matriksi zülalı 1 də daxil olmaqla bir neçə mühüm zülalın rolunu ortaya çıxarıb.

Həmin zülal minerallaşma zamanı kalsium fosfat kristallarının formalaşmasına kömək edir və yeni qan damarlarının yaranmasını stimullaşdıra bilər.

Zülallar hüceyrələrə siqnal göndərə bilir

Alimlərin müəyyən etdiyi maraqlı məqamlardan biri də bu zülalların yalnız toxumaların quruluşunda iştirak etməməsidir.

Professor Enn Corcun sözlərinə görə, onlar eyni zamanda siqnal molekulları kimi fəaliyyət göstərirlər. Bu isə o deməkdir ki, zülallar yaxınlıqdakı hüceyrələrlə qarşılıqlı əlaqəyə girə, müəyyən genlərin fəaliyyətini tənzimləyən mexanizmləri aktivləşdirə və hüceyrələr arasında maddələrin ötürülməsində iştirak edə bilirlər.

Tədqiqatçılar məhz bu xüsusiyyətlərdən istifadə edərək diş toxumasının təbii bərpasını stimullaşdırmağın yollarını axtarırlar.

Yeni müalicə üsulu nə vaxt istifadəyə veriləcək?

Professor Enn Corc 1998-ci ildən İllinoys Universitetində çalışdığını və təxminən 30 ildir bu istiqamətdə elmi araşdırmalar apardığını bildirib. Onun sözlərinə görə, ABŞ Milli Sağlamlıq İnstitutlarının davamlı maliyyə dəstəyi uzunmüddətli tədqiqatların aparılmasına və yeni mütəxəssislərin hazırlanmasına imkan yaradıb.

Bununla belə, dişlərin təbii yolla bərpasına əsaslanan yeni müalicə üsulu hələ tədqiqat mərhələsindədir. Alimlər əvvəlcə zülalların hüceyrələrə təsirini və təhlükəsizliyini daha ətraflı öyrənməlidirlər.

Buna görə də yaxın zamanda diş plombunun və qazma üsulunun tamamilə aradan qalxacağını söyləmək mümkün deyil.

Lakin araşdırmalar uğurlu nəticə verərsə, gələcəkdə zədələnmiş dişlərin süni materiallarla doldurulması əvəzinə, onların öz canlı toxumasının bərpasına əsaslanan yeni müalicə üsulları yaradıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri