Araz Məmmədzadə: Ölkə üzrə 200dən çox enerjidoldurma məntəqəsi istismara verilib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində işlər davam etdiriləcək. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan hər bir yarımstansiya qarşısında 2 ədəd 120 kilovatlıq enerjidoldurma məntəqəsi quraşdırılıb".
Bunu "Azərbaycan iqtisadiyyatı" "Telegram" kanalına "Azərişıq" ASC-nin Tədris İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
Onun sözlərinə görə, məntəqələrin ikinöqtəli olması nəzərə alınarsa, artıq 40 nöqtədə avtomobillərin enerji ilə təmin olunması həyata keçirilir.
"Yaşıl enerji zonasında, yəni Qarabağ və Şərqi Zəngəzur ərazisində istismar olunan bütün enerjidoldurma məntəqələri yaşıl enerji ilə təmin edilib. Söhbət günəş, həm də kiçik su elektrik stansiyalarından alınan enerjidən gedir. Ölkə üzrə isə hansı yerdə günəş və yaxud külək enerjisi almaq əlverişlidirsə, orada enerjidoldurma məntəqələri üçün xüsusi konstitusiyalardan istifadə edilir", - Araz Məmmədzadə qeyd edib.
Əlavə olaraq bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 200-dən çox enerjidoldurma məntəqəsi və 1000-dən artıq qoşulma nöqtəsi istismara verilib.
Elektrik avtomobillərinin sayının artmasını nəzərə alaraq, növbəti illərdə də məntəqələrin sayının artırılması istiqamətində işlər davam etdiriləcək.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:120
Baxış sayı:120 Bu xəbər 20 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 20 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















