Araz Naxçıvan ın baş məşqçisi: Zədəli futbolçuların dönüşündən sonra hücumda daha kəsərli olacağıq
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Zədəli futbolçuların dönüşündən sonra hücumda daha kəsərli olacağıq.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sabah"a qarşı Misli Premyer Liqasının XXV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, heç-heçə ilə başa çatan görüşü şərh edib:
"Maraqlı, dinamik oyun izlədik. Hər iki komanda hücumda kreativlik göstərdi. Futbolçuların çıxışından razı qaldım. Yaxşı oynadıq və bir xal qazandıq, yolumuza davam edirik.
Komandamız enişdə deyil. Ötən həftə Azərbaycan kubokunda "Zirə"ni məğlub edib yarımfinala vəsiqə qazandıq. Möhkəm komandamız var. Sadəcə, zədəli futbolçularımız çoxdur. Onların dönüşündən sonra hücumda daha kəsərli olacağıq".
Qeyd edək ki, XXV turun "Sabah" - "Araz-Naxçıvan" görüşü 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 04 Mart 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















