Araz Naxçıvan ın zədəli futbolçusunun durumuna aydınlıq gəlib
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Araz-Naxçıvan"ın zədəli futbolçusu Ramon Maçadonun durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, məşq zamanı zədələnən braziliyalı hücumçu artıq meydana çıxa bilər.
Hətta onun 2 gün sonra Misli Premyer Liqasında "Turan Tovuz"a qarşı oyunda forma geyinməsi belə istisna olunmur.
34 yaşlı oyunçu zədəsini sağaltdıqdan sonra həkimlər ona istirahət etməyi məsləhət görüblər. Bu səbəbdən klubun baş məşqçisi Elmar Baxşıyev Maçadonu riskə atmaq istəməyib.
O, komandanın Konfrans Liqasında keçirdiyi oyunlarda da iştirak etməyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı avqustun 24-də "Azərsun Arena"da keçiriləcək.
Baxış sayı:87
Bu xəbər 22 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















