Icma.az
close
up
RU
Araz Naxçıvan ın kapitanı: Psixoloji sağlam olsam, heç kim məndən öz mövqeyimdə üstün ola bilməz MÜSAHİBƏ

Araz Naxçıvan ın kapitanı: Psixoloji sağlam olsam, heç kim məndən öz mövqeyimdə üstün ola bilməz MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araz-Naxçıvan"ın kapitanı  Vadim Abdullayev Sportal.az saytına müsahibə verib:

- "Neftçi" ilə son Premyer Liqa matçı haqqında düşüncələrin? Sonradan meydana daxil olsan da, matçda 1:1 hesabı dəyişmədi. Ümumiyyətlə, avrokuboklara vəsiqə qazanmaq şansınızı necə dəyərləndirirsən?

- Avroliqa şanslarımız var. Hamımız bunun üçün çalışırıq. Ağır səfər oyunu idi. Hamımız bunun fərqində idik. "Neftçi" son vaxtlar yaxşı formada idi. Bütün bu və ya digər amilləri nəzərə alaraq deyə bilərəm ki, 1 xal yaxşı nəticə idi.

- Zədədən qayıtdıqdan sonra, son 13 matçın yalnız 3-ündə start heyətində meydana daxil olmusan. Özünü oynamağa tam hazır hiss edirsən?

- Mənim üçün bu suala cavab vermək ağırdı.Təbii ki, belə olmağını istəməzdim. Daha çox oynamaq istərdim, amma bu həyatımızın bir parçasıdır. Qərar verən məşqçidi, mənim işim sadəcə çıxıb meydanda tapşırıqları yerinə yetirməkdir. Baş məşqçimizin qərarı belədirsə, artıq müzakirə mövzusu bağlanır.

- Millinin son oyunlarda uğursuzluğu məlumundur. Bu barədə düşüncən? Bir də özünü hazırki millinin heyətində görürsənmi? Yəni səncə çağırılmamağına səbəb təkcə mövsümün gedişatında zədələnməyindir?

- Təbii ki, millinin durumu hamımıza təsir edir. İnsanlar hərəsi bir şey danışır, sanki problem indiki futbolçulardadır. Onların yerinə kimsə gəlsə, düzələcək? Qətiyyən bu, belə deyil. Uşaq futbolu, akademiyalar və stadionlar olmadıqca indiki durum düzələn deyil. Akademiya böyük anlayışdır, o olsa sonra nəticədən və s. danışmaq olacaq. Mən demişdim ki, bu vəziyyətdə milliyə getmək heç vaxt istəmərəm. Mən belə bir insan deyiləm, laiq olmadığım şeyi heç vaxt özüm üçün istəmərəm. Əgər mütəmadi olaraq oynamıramsa, çağırılmaq düzgün olmaz. Təbii ki, zədəm məni çox geriyə atdı. Mənim əslində problemim biraz özümnən bağlıdır. Biraz emosional planda geriləmişəm. Onun altınnan çıxacağıma əminəm. Psixoloji sağlam Vadim olsa, tam səmimi deyirəm necə ki, əvvəldə vurğulamışam heç kim məndən öz mövqeyimdə üstün ola bilməz.

- Müsahibələrivin birində bir müddət futboldan kənarlaşıb hətta ölkəni tərk etməyin barədə bildirmişdin. Amma, "Araz-Naxçıvan" rəhbərliyi səni burda görməyi çox istəyib və sən də geri dönmüşdün. Bu qərarı almağıva hazırda peşmansanmı?

- "Araz-Naxçıvan" mənim üçün elə bir yerdədir ki, onun haqqını vermək meydançada son anıma qədər borcumdur. Klubda heç kim yox idi, mən orada idim və uzun yol qət etdim. Milliyə dəvət aldım, klub o qədər şey verdi ki mənə, mən yenidən öz işimi sevməyə başladım. Heç vaxt peşman olmaram, bu heç müzakirə oluna bilməz. "Araz-Naxçıvan"ın yeri mənim həyatımda böyük önəm daşıyır. Bu gün mən nə qədər insanlara kim olduğumu yenidən göstərə bildim və bu komanda ilə Allah nəsib etsə, tarix yazıb komandanın kapitanı olaraq avroliqaya çıxartmaq arzusundayam. Allah bu günləri mənə sırf mən Vadim Abdullayev olduğuma görə görməyi nəsib edib. Heç vaxt öz prinsiplərimnən, düşüncələrimdən dönməmişəm. Mənim karyeram heç vaxt istədiyim kimi olmayıb, amma Allah istədikdə, görürsüz nələr ola bilərmiş.

- Son olaraq aprelin 2-si kubokda "Qarabağ"la matç barədə, Bir də Premyer Liqanın növbəti turunda "Sumqayıt"la matç haqqında düşüncələrin? Kubokda da, iddialısınız?

- "Araz-Naxçıvan" olaraq hər zaman hər yerdə iddialı olacağıq.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Mart 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri