Icma.az
close
up
RU
Araz Naxçıvan ın yeni transferi nə danışdı?

Araz Naxçıvan ın yeni transferi nə danışdı?

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur".

Fanat.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş deyib.

Mərakeş əsilli belçikalı bölgə təmsilçisinə keçidi ilə bağlı klubun mətbuat xidmətinə danışıb:

"Baş məşqçi Elmar Baxşıyevi "Qəbələ"dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Elmar müəllim məni yenidən öz komandasında görmək istədiyini bildirdi. Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm".

Yarımmüdafiəçi "Qəbələ"dən ayrıldıqdan sonra Azərbaycan Premyer Liqasını izlədiyini bildirib:

"Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra "Araz-Naxçıvan" barədə məlumat topladım. Komandanın turnir cədvəlindəki mövqeyi onun iddiasından xəbər verir. "Araz-Naxçıvan"ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil. Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın".

Allaş başqa klublardan da təkliflər aldığını gizlətməyib:

"Digər klublardan da təkliflər var idi. "Araz-Naxçıvan"ı və baş məşqçini tanıdığım üçün bu komandanı seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir. Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Fevral 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri