Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın baş məşqçisi: Verdiyim təlimatı meydanda görmədim

“Araz Naxçıvan”ın baş məşqçisi: Verdiyim təlimatı meydanda görmədim

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hakimlikdən çox danışmaq istəmirəm. Əliyar Ağayevin qərarına hörmətlə yanaşıram. Amma bu tip oyunlarda hər iki komanda mübarizəyə üstünlük verirdi. Fikrimcə, Vanderson Meloya verilən ikinci sarı vərəqə, hakimlərin dediyi kimi “ucuz” oldu”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bir xal qazandıqları qarşılaşmanın ağır alındığını bildirib: “Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Ümumi götürdükdə, bilirdik ki, bizi meydanda hansı təhlükə gözləyir. Komandanı çətin oyuna hazırlaşdırdıqda da rəqibin üstün cəhətlərini komandaya bildirmişdik. Yolumuza davam edəcəyik. Çempionatın sonuna doğru gedirik. “Turan Tovuz” avrokuboklar yolunda əsas rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını ortaya qoydular. Hər iki komanda qalib gələ bilərdi, amma nəticə heç-heçə oldu”.

Baxşıyev oyun zamanı futbolçularının onun təlimatlarını dediyi kimi yerinə yetirməmələrindən şikayətlənib: “Nunu Rodrigeslə aramızda heç nə baş vermədi. Oyuna çıxanda nə etmək istədiyimi və hansı zonada dayanmalı olduğunu ona bildirmişdim. Sırf verdiyim təlimat idi ki, meydanda görmədim”.

Naxçıvan təmsilçisinin baş məşqçisi Miço Kuzmanoviçin mövsümün sonjna qədər bərpa prosesi keçirəcəyini də qeyd edib: “Onun zədəsi ağırdır. Ehtimal var ki, mövsümün sonu komandaya kömək edə də, etməyə də bilər. Zədəsi tam əməliyyatlıq da deyil. Uzun müddət bərpa keçirməsi lazım olacaq”.

Təcrübəli baş məşqçi aprelin 23-də “Qarabağ”la Azərbaycan Kubokunun cavab görüşünə hazırlıq barədə sualı isə belə cavablandırıb: “Kubok oyununu düşünüb hansısa dəyişiklik etmədik. Heyətimiz də o qədər geniş deyil. Zədəli futbolçuların çoxluğu rotasiyalara getməyə imkan vermir. Sərəncamda olan futbolçulardan yararlanmağa çalışdıq. Tək “Qarabağ”la deyil, hər oyun bizim üçün önəmlidir. “Turan Tovuz”la oyunu unudub qarşıdakı görüşə hazırlaşacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 53 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri