Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Araz Naxçıvan”ın icraçı direktoru: “Dəyişən heç nə yoxdur, yeni məşqçi gəlib işi davam etdirməlidir” MÜSAHİBƏ

“Araz Naxçıvan”ın icraçı direktoru: “Dəyişən heç nə yoxdur, yeni məşqçi gəlib işi davam etdirməlidir” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Elmar Baxşıyevlə ilk görüşdə razılıq əldə olunmuşdu. Daha sonra şərtlərdə müəyyən dəyişikliklər oldu”.

İdman.Biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov bildirib.

Yusubov Report-a müsahibəsində klubun baş məşqçi Elmar Baxşıyevlə yolları ayırmasına toxunub, həmçinin yeni namizələrlə bağlı sualları cavablandırıb. Klub rəsmisi təcrübəli futbolçu Qara Qarayevin gedişinə də münasibət bildirib və qarşıdakı planlardan danışıb.

- Komanda avrokubok zonasına yaxın olduğu, şanslar itmədiyi halda Elmar Baxşıyevlə yolların ayrılması barədə qərarın səbəbləri nədir?

- Bu barədə klubun açıqlamasında da qeyd etmişdik. Rəhbərliklə idarə heyətinin görüşü olub və komandanın qış fasiləsinə qədər çıxışı dəyərləndirilib. Sonda baş məşqçi ilə yolların ayrılması qərara alınıb.

- Onun köməkçiləri də gedib?

- Onlara iş təklif edəcəyik. İstəsələr, qalarlar, istəməzlərsə, gedərlər.

- Bu barədə özləri ilə danışmısınız?

- Bəli, müzakirələrimiz olub. Rasim Ramaldanov getmək istədiyini bildirib.

- Elmar Baxşıyev mətbuata açıqlamasında “Araz-Naxçıvan”la müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmədiyini söyləyib…

- Elmarla görüş oldu. Şəxsən mən də iştirak etdim. Klub tərəfindən müqaviləyə xitam vermə şərtləri açıqlandı və bu Elmar müəllimə təklif olundu. O, düşünmək üçün vaxt istədi. İki gün sonra yenidən görüşdük və şərtlərlə tanış olduqdan sonra fikrini bildirdi. Müqaviləyə də həmin şərtlər daxilində xitam verildi. “Qarşılıqlı razılıq” deyəndə onu nəzərdə tuturduq ki, ilk görüşdən sonra bu razılaşdırılmışdı. Daha sonra şərtlərdə müəyyən dəyişikliklər oldu. Amma bu barədə mətbuata açıqlama vermək istəmirəm. Biz həmin şərtlər əsasında addım atdıq.

- Yolların ayrılması ilə bağlı qərarın verilməsində Azərbaycan Kubokunun 1/8 finalında “Kəpəz”ə məğlubiyyət rol oynadı?

- Kubokda mübarizəni dayandırmaq, digər məsələlər, təbii ki, nəzərə alınır. Amma qərar klubun İdarə Heyətinə məxsusdur. Yəqin ki, hər şey təhlil edilib və belə addım atılıb.

- Yeni baş məşqçi əcnəbi olacaq, yoxsa yerli? Artıq ukraynalı mütəxəssis Andrey Demçenko ilə razılıq əldə olunduğu bildirilir.

- Axtarışlarımız davam edir. Bir neçə variant mövcuddur. Siyahımızda əcnəbilərlə yanaşı, yerlilərin, həmçinin Demçenkonun da adı yer alır. Amma onunla heç bir razılıq əldə olunmayıb. Çünki digərlərindən cavab gözləyirik. Şərtlərə və qarşıya qoyulan hədəfə uyğun məşqçiyə üstünlük veriləcək. Bizi hədəflərə çatdıra biləcək yerli məşqçilər də var. Türkiyədən, Şərqi Avropadan namizədləri nəzərdən keçiririk. Qısa zaman ərzində qərar verməliyik. Çünki gələn il yanvarın 5-də komanda təlim-məşq toplanışlarına başlamalıdır.

- Samir Abasovun da adı “Araz-Naxçıvan”la hallanır…

- Konkret ad çəkmək istəmirəm. Siyahıda həm əcnəbi, həm də yerli məşqçilərin adları var.

- Yeni baş məşqçinin qarşısına hansı hansı hədəflər qoyulacaq?

- İndidən növbəti mövsümü düşünmək bir qədər düzgün deyil. Hazırda əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır. Dəyişən heç nə yoxdur, yeni məşqçi gəlib işi davam etdirməlidir.

- Qara Qarayevin ayrılamsının xüsusi səbəbi var? Əsas səbəbin oynamaq üçün istədiyi şansı qazana bilməməsi olduğu barədə fikirlər formalaşıb.

- Qara sonuncu oyunumuzun ardından rəhbərliklə görüşmək istədiyini söylədi. Düzdür, müəyyən səbəblər göstərdi. Amma bu, klubla futbolçu arasında olan məsələdir. Biz də xidmətlərini, Azərbaycan futbolundakı nüfuzunu nəzərə alıb, istəyinə müsbət cavab verdik. Təbii ki, Qara hər zaman oynamaq istəyən futbolçudur. Həm təcrübəsi, həm də hazırlıq səviyyəsi buna imkan verir. Lakin futbolçularla bağlı qərar baş məşqçiyə məxsusdur. Heç kim deyə bilməz ki, filan oyunçunu meydana burax. Bu, peşəkar kluba yaraşmaz. Amma inanmıram ki, Qaranın belə qərar verməsinə səbəb lazımi qədər şans qazanmamasıdır. Özünün də müəyyən düşüncələri var, bizimlə dost kimi ayrıldı. Həmişə hörmətini saxlamışıq. Həmçinin o da bizə hörmət edib. Müraciətinə müsbət cavab verməyimizdə bu nüanslar rol oynadı.

- Komanda 16 oyunda 25 qol vurub və eyni sayda buraxıb. Heyətlə bağlı hansı dəyişikliklər gözlənilir?

- Mövsümün əvvəlində komandanı tam komplektləşdirmişik. Hansısa futbolçunu almaq üçün kimisə göndərmək lazımdır. Bu ehtimal isə çox azdır. Amma ola bilər, yeni baş məşqçi hazırlıq dönəmində hansısa mövqelərdə çatışmazlıq görüb futbolçu almaq istəyər. Lakin hansısa futbolçunu almaq ehtimalımız çox azdır. Çünki sonuncu - Hamidu Keytanın transferindən sonra bu yöndə fəaliyyətimizi yekunlaşdırmışdıq.

- Yeni baş məşqçi tələb edəcəyi təqdirdə, “Araz-Naxçıvan”ın fasilədə neçə transfer həyata keçirmək imkanı var?

- Komanda tam komplektləşdiyindən bu çox da böyük rol oynamayacaq. Fasilədə çox fəallıq göstərməyəcəyik. Maksimum bir futbolçu ala bilərik. Bu da yalnız hansısa mövqe boşalarsa, həyata keçirilə bilər. Hazırda kimlərinsə transferi və ya yola salınması gündəmdə deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see255

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see196

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see147

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri