Icma.az
close
up
RU
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək AİB ilə 10,5 milyon dollarlıq saziş

“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək AİB ilə 10,5 milyon dollarlıq saziş

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Asiya İnkişaf Bankı (AİB) və Veysəloğlu Şirkətlər Qrupunun "Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon dollarlıq saziş imzalanma mərasimi keçirilib. 

Tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş Direktoru Suzanne Gaboury, Veysəloğlu Şirkətlər Qrupunun "Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, "Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, "Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək: "Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.

Suzanne Gaboury isə qeyd edib ki, "Araz” Supermarketlər Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq: "Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək.”

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi, etibarlı alıcılar və sabit gəlirlərlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermerlərin təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir: "AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.

Tədbirin sonunda "Araz” Supermarketlər Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.

Asiya İnkişaf Bankı:

1966-cı ildə təsis edilmiş Asiya İnkişaf Bankı, ifrat yoxsulluğun aradan qaldırılması istiqamətindəki səylərini mütəmadi olaraq davam etdirir və regionda firavan, inklüziv, dayanıqlı və davamlı inkişafa nail olmağa çalışır. Hal-hazırda AİB-ə 69 ölkə üzvdür və onlardan 49-u Asiya və Sakit Okean regionunda yerləşir.

"Veysəloğlu” Şirkətlər Qrupu

1994-cü ildən fəaliyyətə başlayan "Veysəloğlu” Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda "Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. "Veysəloğlu” Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see281

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see253

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see236

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see230

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see184

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see176

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see173

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see165

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see150

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see149

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see144

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see141

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see140

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see137

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see134

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see130

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri